Modern.az

“Beynəlxalq razılaşmalara görə Türkiyə haqlıdır” – Politoloq

“Beynəlxalq razılaşmalara görə Türkiyə haqlıdır” – Politoloq

Aktual

28 Fevral 2020, 13:05

“Beynəlxalq razılaşmalara görə Türkiyə haqlıdır. Soçi anlaşmasına uyğun olaraq, İdlib ətrafında atəşkəsə riayət olunmalıdır”.

 

Bunu Modern.az-a Türkiyənin addımlarına beynəlxalq reaksiyalardan danışarkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, İdlib ətrafında atəşkəs Türkiyə üçün vacib idi:

“Çünki orada mülki əhalinin hədəf götürülməsi təhlükəsi var idi. Ora bombalansa, həmin insanlar yenidən Türkiyə sərhədinə dirəncəklərdi. Amma bu anlaşmaya riayət edilmədi. Əsəd ordusu Rusiyanın da dəstəyi ilə hücuma keçdi. Nəticədə Türkiyə ordusu şəhidlər verdi. Rəsmi Ankara bunun qarşılığını artıqlaması ilə verir”.

 

  1. Şahinoğlu hesab edir ki, hazırda əsas addımı atmalı olan tərəf Rusiyadır:

“Vladimir Putin Türkiyə ilə birbaşa toqquşmaq istəmirsə, Əsədə əmr verməlidir ki, hücumu dayandırsın. Əks halda Türkiyə verdiyi şəhidlərin qarşılığında daha çox addımlar atmağa başlayacaq.

NATO ölkələri və Amerika isə birmənalı şəkildə Türkiyəyə dəstək verirlər. Çünki onlar İdlibdə vəziyyətin gərginləşdiyini, qətliamların artdığını görürlər. Bu qüvvələr birmənalı olaraq, əməli dəstək olmasa da sözdə dəstəyi ifadə edirlər. Bəlkə də Rusiya və Türkiyənin toqquşması Amerikanın da maraqlarına uyğundur. Ona görə düşünürəm ki, Türkiyə və Rusiya tez zamanda dialoqa başlamalı, orta yol tapmalıdır. İndiki halda isə ən düzgün qərar İdlib ətrafında atəşkəsə riayət edilməsidir”.

 

İsrailin də bu məsələdə adının çəkildiyini qeyd edən politoloq buna baxmayaraq, İsrail rəhbərliyinin  də proseslərdən kənar qaldığını bildirib:

“Zaman-zaman İsrail aviasiyası da Əsəd mövqelərini bombalayır. Amma bunu ona görə edir ki, orada İran qruplaşmaları var, bu da İsrailin maraqlarına təsir edir.

Amerika isə bir tərəfdən Türkiyəyə dəstək verir, ikinci tərəfdən Türkiyənin əleyhinə olaraq, PKK qoluna da dəstək verir”.

 

Qeyd edək ki, ötən gecə Suriyanın İdlib şəhərində Əsəd rejimi qüvvələri Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib. Nəticədə Türkiyənin 9 əsgəri şəhid olub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı