Modern.az

Ev heyvanında koronavirus aşkar edildi

Ev heyvanında koronavirus aşkar edildi

28 Fevral 2020, 20:00

Çinin Honq Konq bölgəsində ilk dəfə ev heyvanında koronavirus aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “The new York Post” Çinin Kənd Təsərrüfatı, Balıqçılıq və Təbiəti Mühafizə Nazirliyinin mətbuat xidmətinin açıqlamasına istinadən məlumat verib.

 

Məlumatda bildirilir ki, koronavirus daha əvvəl yoluxmuş sahibindən itə keçib.

 

İtin Honq Konq limanında heyvanlar üçün xüsusi otaqda karantində saxlanıldığı qeyd edilib.

 

Alimlərin fikrincə, hazırda heyvanların insanlardan virusa yoluxub-yoluxa bilməyəcəyi məlum deyil.

 

İt sağalana qədər karantində saxlanılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi