Modern.az

Hərbi təlimlər: su əvəzinə kobra qanı içirlər – FOTOLAR

Hərbi təlimlər: su əvəzinə kobra qanı içirlər – FOTOLAR

4 Mart 2020, 17:05

Hər il ənənəvi olaraq ABŞ və Tailand tərəfindən keçirilən “Cobra Gold” hərbi təlimi maraqlı anları ilə davam edir.

 

Modern.az xəbər verir ki, 39-cu ildir ki, keçirilən təlimdə 27 ölkə iştirak edir.

Builki (Cobra Gold 2020) təlimlər də bölgədəki millətlər arasında əlaqə qurmaq, dəniz təhlükəsizliyini artırmaq, yaranan xəstəlik təhlükələrinin qarşısını almaq və azaltmaq, genişmiqyaslı təbii fəlakətlərə cavab verərək, bir sıra fəaliyyətlərdə qarşılıqlı əlaqəni yaxşılaşdırmağa xidmət edir. 

 

Təlimlər amfibiya hücumu, evakuasiya, humanitar yardım, minaların məhv edilməsi və cəngəllikdə sağ qalma məşqlərini əhatə edir. Məhdud yemək və içki imkanlarına malik olan əskərlərin burada öyrəndiyi ən əsas şey çətin vəziyyətdə həyatda qalmaqdır.

 

Həyatda qalma təlimləri zamanı ABŞ dəniz piyadaları taylandlı həmkarlarından quruda necə sağ qalmağı, xüsusilə də ocaq qalamağı, hansı bitki və heyvanların təhlükəli olduğunu, nəyin yeməli və ya içməli olduğunu öyrəniblər.

Əlbəttə ki, budəfəki təlimin də ən diqqətçəkən məqamı cəngəllikdə həyatda qalmaq üçün kobra qanı içilməsi olub.

Cəngəllikdə su tapmaq hər zaman asan olmur. Ona görə də belə vəziyyətlərdə dəniz piyadaları susuzluğu yatırmaq üçün heyvan qanı içə bilərlər.

 

Qeyd edək ki, Asiya-Sakit Okean bölgəsinin ən böyük hərbi təlimi hesab olunan “Cobra Gold” fevralın 25-də Tailandda başlayıb və martın 6-na qədər davam edəcək.

Modern.az təlimdən fotoları təqdim edir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər