Modern.az

İdlib düyünü çözüldü – Ərdoğan Putinə ciddi güzəştə getdi

İdlib düyünü çözüldü – Ərdoğan Putinə ciddi güzəştə getdi

Analitika

6 Mart 2020, 17:05

Dünən Rusiya və Türkiyə prezidentlərinin İdlib böhranını çözmək üçün Moskvada baş tutacaq görüşünü bütünb dünya diqqətlə gözləyirdi. Suriya hökumətini dəstəkləyən Moskva ölkə müxalifəti ilə sıx münasibətdə olan Türkiyə ilə hərbi toqquşma həddinə yaxınlaşmışdı.

 

Təklikdə və nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlar ümumilikdə, 4 saat davam etdi və sonda Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan jurnalistlər qarşısına çıxaraq əldə olunan razılaşma barədə açıqlama verdilər.

 

-Hazırkı təmas xətti boyu hərbi əməliyyatların gecə 00:00-dan dayandırılması.

-M4 trasından şimal və cənub istiqamətlərində 6 kilometrlik təhlükəsizlik dəhlizinin yaradılması.

-Martın 15-dən başlayaraq M4 trası boyunca (Trumbadan Əl Habn-a qədər) Rusiya və Türkiyə hərbçilərinin birgə patrula başlaması təsdiqləndi.

 

Razılaşma dekabrdan başlayaraq hökumət qüvvələrinin İdlib vilayətində apardığı hücum əməliyyatları zamanı ələ keçirdiyi 1,5 min kvadrat kilometr ərazinin onların nəzarətində qalmasını təmin etdi. Bu 2018-ci ilin Soçi Razılaşmalarının şərtləri ilə ziddiyyət təşkil etsə də, Ankara real faktla hesablaşmalı oldu.

Fevralın əvvəllərindən 50-yə qədər hərbçi qulluqçusunu itirən Ankara Əsəd qüvvələrinə qarşı son həftələrdə keçirdiyi son dərəcə effektli əməliyyatla İdlib vilayətinin qalan hissəsini güzəştə getməyəcəyini göstərdi. Bundan başqa, Ankara müəyyən ərazi itkilərinə baxmayaraq, müşahidə məntəqələrini heç bir yerdən geri çəkməyəcəyini də açıqladı.   

 

“Deutschlandfunk” nəşri bu hadisəni belə xarakterizə etdi.

“Rusiya Türkiyə ilə müqayisədə daha nüfuzlu, ağıllı, soyuqqanlı və daha uzaqgörəndir. Deyirlər ki, Moskva hələ də böyük nüfuza malikdir. Amma İdlib və Moskvada aparılan danışıqlar Rusiyanın nüfuzunun sonsuz olmadığını göstərdi.”

 

  

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü