Modern.az

Təhsil Nazirliyi universitetlərə məktub göndərdi

Təhsil Nazirliyi universitetlərə məktub göndərdi

Təhsil

12 Mart 2020, 12:30

Aşağıda qeyd olunan məsələlərlə bağlı Təhsil naziri müavininin imzası ilə ali təhsil müəssisələrinə məktub göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov məlumat verib.

 

O bildirib ki,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına əsasən, koronovirus xəstəliyinin yayılmasının və yoluxma hallarının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmış və bununla bağlı bütün tədbirlər təxirə salınıb.


Qeyd olunanları nəzərə alaraq və təhsil proqramlarının icrasını təmin etmək məqsədi ilə aşağıdakı tədbirlərin görülməsi Sizə tapşırılır:
1. Buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri martın 27-də başlansın və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam etdirilsin (15 gün - 2 həftə artırılsın). Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı beş deyil, dörd həftə müəyyən edilsin və 15 iyun -13 iyul tarixlərində keçirilsin.


2. Ali təhsil müəssisələrinin sonuncu kurs tələbələrinin nəzəri təlim müddətinin başa çatdığını, onların hazırda təcrübədə olduğunu nəzərə alaraq müvafiq ixtisaslar üzrə sonuncu kursda təhsil alan tələbələrin (“Təhsil” ixtisasları qrupuna daxil olan ıxtisaslar (pedaqoji ixtisaslar) üzrə təhsil alanlar istisna olmaqla) tədris qrafiki dəyişməsin, yəni dövlət attestasiyasının keçirilməsi qrafikə uyğun iyun ayının sonuna qədər aparılsın. “Təhsil” ixtisasları qrupuna daxil olan ıxtisaslar (pedaqoji ixtisaslar) üzrə tələbələrin təcrübəsi (təcrübə orta ümumtəhsil məktəblərində aparıldığına və burada dərslər iyun ayının 14-nə qədər davam etdiyinə görə) iyun ayının 15-nə qədər davam etdirilsin və bu zaman dövlət attestasiyası iyun ayının 15-dən iyul ayının 13-nə qədər aparılsın.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı