Modern.az

Deputatların seçicilərlə görüşü ertələnəcək?

Deputatların seçicilərlə görüşü ertələnəcək?

16 Mart 2020, 16:47

“Koronavirusa görə deputatların seçicilərlə görüşlərini ertələməyə ehtiyac yoxdur”.

 

Bu barədə Modern.az-a deputat Vahid Əhmədov danışıb. O qeyd edib ki, artıq VI Çağırış Milli Məclisə seçkilərin nəticələri təsdiqlənəndən bəri iki dəfə seçildiyi rayona gedib:

 

“Mənə elə gəlir ki, həddindən artıq eyfariyaya uymağa ehtiyac yoxdur. Seçicilər görüşmək istəyirlər, tələbləri, xahişləri, problemləri var. Nazirlərin, digər rəsmilərin görüşləri ləğv etməsi başa düşüləndir. Amma biz millət vəkili olaraq, insanların problemlərini dinləməliyik. Kütləvi görüşlər deyil, tək-tək qəbullar keçirməliyik. Həm koronavirus, həm də dollar-manat məsələsi barədə insanların çoxlu sualları var, təşvişdədirlər. Onlar üçün qaranlıq qalan məqamlara aydınlıq gətirib, reallığı başa salmalıyıq”.

 

Qeyd edək ki, dünyada yayılan koronavirus təhlükəsindən qorunmaq məqsədilə Azərbaycanda da profilaktik addımlar atılıb. Bütün kütləvi tədbirlər, o cümlədən rəsmi şəxslərin vətəndaşlarla görüşləri ertələnib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir