Bu gün 18 azərbaycanlıya Türkiyədə müvəqqəti “oturum izni” verilib.
Modern.az xəbər verir ki, müvəqqəti yaşamaq icazəsi Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və İşbirliyi fondunun sədri, professor Aygün Attar tərəfindən verilib.
Qeyd edək ki, uzun müddətdir sənədlərin hazırlanması prosesi gedirdi. Azərbaycanın Xarici İşlər Nazirliyi, Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsi və Azərbaycanın İstanbuldakı Baş konsulluğu bu istiqamət üzrə işlər aparırdı (realtv.az).