Bu gün İlaxır çərşənbə, digər adı ilə Torpaq çərşənbəsidir.
İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.
Torpaq çərşənbəsi digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilir.
Bir çox regionlarda İlaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir.
Çünki Axır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş - yekunlaşdırıcı şənliyidir.
Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır.
İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər.
Axır çərşənbədə axşam tonqallar qalanar, od üstündən tullanaraq “ağırlığım bu odda yansın” deyərlər.
Siz də əhvalınızı yüksək tutun, çünki bayrama az qalıb.
Birlikdə “koronavirus bu odda yansın” deyərək, köhnə ili yola salaq.