Modern.az

Koronavirus sübut etdi ki, Avropa Birliyi aciz vəziyyətdədir - SƏMƏD SEYİDOV

Koronavirus sübut etdi ki, Avropa Birliyi aciz vəziyyətdədir - SƏMƏD SEYİDOV

Parlament

19 Mart 2020, 09:00

“Xarici ölkələrdə Azərbaycanı təmsil edən səfirliklər, nümayəndəliklər Nazirlər Kabineti yanında Operativ Qərargahın da təlimatına əsasən, xarici ölkələrdə yaşayan azərbaycanlıların koronavirus təhlükəsi ilə mübarizəsinə dəstək üçün əllərindən gələni edirlər”.

 

Bu sözləri Modern.az-a Azərbaycanın xarici ölkələrdə yerləşən diplomatik korpuslarının koronavirus təhlükəsi ilə  mübarizə üçün həmvətənlərimizə dəstəyindən danışarkən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

 

O, qeyd edib ki, koronovirusun yayıldığı ölkələrdə yaşayan azərbaycanlılar səfirliklərimizə müraciət edirlər:

 

“Aktiv fəaliyyət göstərən səfirliklərimiz həmvətənlərimizin müraciətinə operativ cavab verə bilirlər. Lakin ölkələrin biri-biri ilə sərhədləri bağlı olduğuna görə, xaricdəki azərbaycanlıların ölkəyə qaytarılması bir qədər çətinləşir.

 

Hesab edirəm ki, Operativ Qərargahın qəbul etdiyi qaydalar – xarici ölkələrdəki azərbaycanlıların çarter relslərlə buraya gətirilməsi, orada yaşayanlara dəstək göstərilməsi və s. yerinə yetirilməlidir. Amma indiki məqamda ən böyük problemlərdən biri virusun yayıldığı Avropa ölkələrinin öz aralarında koordinasiyanın olmamasıdır.

 

Bu virus böyük problemləri üzə çıxartdı. Koronavirusun yayılması ilə sübut olundu ki, Avropa Birliyi bir qurum, struktur kimi çox aciz vəziyyətdədir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!