Modern.az

Gürcüstanda daha iki pasiyent koronavirusdan sağaldı

Gürcüstanda daha iki pasiyent koronavirusdan sağaldı

Dünya

22 Mart 2020, 11:35

Gürcüstanda koronavirus infeksiyasına yoluxan daha iki şəxs tam sağalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Marina Ezuqbaya bildirib.

 

Onun sözlərinə görə, həmin pasiyentlərin koronavirusla bağlı təkrar testləri mənfi nəticə verib.

 

M.Ezuqbaya qeyd edib ki, sağalan şəxslərin biri ötən gün xəstəxananı tərk edib, digəri isə bu gün evə buraxılacaq.

 

Bununla qonşu ölkədə koronavirusdan sağalanların sayı üçə çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir