Modern.az

Komitə sədri Milli Məclisin videokonfransından DANIŞDI

Komitə sədri Milli Məclisin videokonfransından DANIŞDI

29 Mart 2020, 16:40

Bu gün Milli Məclisdə ilk dəfə olaraq videokonfrans keçirilib.

 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Modern.az-a deyib ki, videokonfransda sabahkı iclasın gündəliyi müzakirə olunub:

 

“Bugünkü videokonfransda Milli Məclisin iclasları, 16 qanun layihəsi Milli Məclisin sədri, müavinləri, aparat rəhbəri və sədrlərlə birgə müzakirəyə çıxarılıb. Sədr Sahibə Qafarova tərəfindən gündəlik təsdiq olunub”.

 

Bəxtiyar Əliyev sabahkı iclasda koronavirus pandemiyasının müzakirəsindən də söz açıb:

 

“Koronavirus infeksiyası Milli Məclisdə bir neçə dəfə müzakirə olunub. Təbii ki, aktual olduğundan müzakirəsinə ehtiyac var. Bununla bağlı Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamları var. Həmçinin, qanuna dəyişikliklər edilir. Əlavə dəyişikliklər də nəzərdə tutulur. Çünki karantin rejiminə hər kəs əməl etməli, öz vətəndaşlıq məsuliyyətini bilməlidir. Bu məsələdə həmrəylik göstərməliyik ki, qısa müddətdə virusa qarşı qalib gələk”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü