Modern.az

İran 100 min məhkumu müvəqqəti evinə göndərdi

İran 100 min məhkumu müvəqqəti evinə göndərdi

30 Mart 2020, 10:05

İranda müvəqqəti olaraq 100 min məhkum azadlığa buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə İranın məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn İslami məlumat verib. O bildirib ki, koronovirusun geniş yayılması ilə əlaqədar olaraq məhkumlar müvəqqəti olaraq evlərinə buraxılıb.

 

Onun sözlərinə görə cəza çəkmə müəssisələrinə virusun keçməsinin qarşısını almağın yeganə yolu buradakı məhkumları azadlığa buraxmaqdır.

 

İranın insan hüquqları üzrə qərargahı isə bəyan edib ki, bu təcrübəni digər dövlətlərlə bölə bilər.

 

Bəyanatda deyilir ki, məhkumların hüquqlarının müdafiəsi və virusdan qorunması üçün məhkumlar xüsusi proqram əsasında müvəqqəti olaraq azadlığa buraxılıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq