Modern.az

Bakıda mağazalardan oğurluq edən qardaşlar saxlanılıb

Bakıda mağazalardan oğurluq edən qardaşlar saxlanılıb

31 Mart 2020, 18:56

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri tutulublar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi və Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində 4 mağazadan 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Cavadov və 2 qardaşı saxlanılıblar.

 

Ətraflarında aparılmış tədbirlərlə onların Bakı şəhər sakini olan bir nəfərin 1455 manat dəyərində noutbukunu oğurlamaları da müəyyən edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi