Modern.az

“Dünya 12-ci imamın gəlişinə doğru gedir” - Hacı Əbdüldən koronavirus AÇIQLAMASI

“Dünya 12-ci imamın gəlişinə doğru gedir” - Hacı Əbdüldən koronavirus AÇIQLAMASI

1 Aprel 2020, 15:20

"Koronavirus bir bəladır və bütün dünya bu bəlanın acısını yaşayır. Bəlkə də, bu virus dünya hegemonluğunun qarşılığında insan övladına bəla olaraq göndərilib. İndi bütün bəşəriyyət koronavirusa yoluxub. Məzlum insanları öldürmək əmri verən böyük dövlətlər başını itirib. Dünya 12-ci imamın gəlişinə doğru gedir”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov deyib.

 

“Son zamanlarda insanlar yolunu azmışdı. Allaha qarşı çıxırdılar. Ənənələri, adətləri tapdalayırdılar. Qadın özünü kişi, kişi özünü qadın edirdi”- deyə "Tövbə" sədri əlavə edib.

 

Hacı Əbdül Əbdülov karantin müddətində qaydalara riayət etməyən insanlardan da söz açıb:

 

“Hər birimiz 2-3 həftəni gözləməli, evdən çıxmamalıyıq. 70-dən artıq yaşım olsa da, qaydalara əməl edirəm. Əgər qaydaları pozub evdən çölə çıxacağıqsa, özümüzdən əlavə cəmiyyətimizi də düşünməliyik. 65 yaşdan yuxarı elə insanlar var ki, “darıxıram” deyib evdən çölə çıxır. Bəziləri elə düşünür ki, bu cür insanları şallaqlamaq lazımdır. Təəssüf ki, hələ də şallaqlamağı lağlağı obyektinə çevirirlər. Bu doğru deyil. Bu cür hallarda insanların şallaqlanmasına ehtiyac yoxdur. Sadəcə olaraq insanlar şüurlu formada addım atmalıdırlar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir