Modern.az “Evdə qal” rubrikasını davam etdirir. Növbəti həmsöhbətimiz Kəlbəcərin keçmiş millət vəkili Əlövsət Ağalarovdur. Onunla müsahibəni təqdim edirik:
- Bu gün bütün dünya insanı eyni dərdin daşıyıcısıdır. Artıq #evdəqal kampaniyasına başlanılıb. Necə hesab edirsiniz, proseslərin sonu necə nəticələnə bilər?
- Hesab edirəm ki, dünyada qlobal epidemiyalar çox olub. Hazırkı vəziyyət sübut edir ki, belə böyük problem indiyə qədər olmayıb. Bəzən insanların karantin qaydalarına riayət etməyə çağırmaq da fayda vermir. Mən televiziyada izlədim, Hindistanda küçələrdə simvolik tabutu gəzdirirlər ki, hər kəsə ibrət olsun. Sərt tədbirlərdən sonra nisbətən virusun yayılmasının qarşısını almaq mümkün olur. Bizdə də hökumətin ciddi rejim tətbiq etməkdə marağı insanları qorumaqdır. Ona görə, Azərbaycanda da insanlar buna əməl etməlidirlər. Qəbrə düşməkdənsə, evdə qalsaq yaxşıdır. Müəyyən bir dövr sonra bu fəlakətin də üzərimizdən gedəcəyini düşünürəm. Bəlkə də bu insanların əməllərinin nəticəsidir, təbiət heç nəyi bağışlamır.
- Sabah Azərbaycan üçün kədərli gündür, Kələbəcərin işğalının ildönümüdür. Siz həm də kəlbəcərlilər üçün bir Kəlbəcərsiniz. Sizcə, koronavirus Kəlbəcərin işğal gününü unutdurmayıb ki?
- İnsanlara #evdəqal çağırışı edildiyi bir müddətdə hər kəsin Qarabağa gedəcəyini düşünürsünüzmü?
- Hər kəs könüllü gedəcək. Yaramaz ölümü gözləməkdənsə, torpaqlarımız uğrunda mübarizə aparaq. Bəlkə qalib gəldik. Əminəm ki, bu qələbəyə çatacağıq. Qələbə bizim üçün koronavirusa qarşı da güclü immunitet olacaq.
- Bütün dünya insanlara pozitiv enerji verməyə çalışır. Belə bir məqamda müharibə çağırışı etmək insanlar üçün ruh yüksəkliyi ola bilərmi?
Biz bundan əvvəl Azərbaycan xalqının laqeydliyindən, qeyri-ciddiliyindən şikayət edirdik. Amma koronavirus əksini göstərdi. Siz necə düşünürsünüz?
- Əslində bizi qədər mərhəmətli millət yoxdur. Hər kəs biri-birinə kömək etməyə, biri-birini qorumağa çalışır. Belə durum başqa ölkələrin hansında olsa, yoluxan sayısız dərəcədə çox olardı. Hətta Koronavirusla Mübarizəyə Yardım Fonduna bir manat yardım edənlər var. İnsanın gücü buna çatır, amma əlindən gələni edir.
Millətimizi əslində mənfi təqdim edən bizim yazıçılarımız, şairlərimiz, ziyalılarımız olub. Biz özümüzü pisləməklə heç nəyə nail ola bilmərik və nail olmamışıq da. Hesab edirəm ki, “bizdən millət olmaz”, “biz millət deyilik” deyənlər elə bizim düşmənlərimizdir.
- Torpaqlarımızın ilə bağlı müraciətiniz nədir?
- Mən Prezidentimizin bütün çıxışlarına diqqətlə qulaq asıram. Ölkə başçısı Qarabağ məsələsində çox prinsipaldır və Azərbaycanın ərazi bütövlüyü, bir qarış torpağımızın müzakirə mövzusu olması mümkün deyil. Əminəm ki, Ali Baş Komandanımız torpaqlarımızın işğaldan azad olunmasını hamıdan çox istəyir. Ona görə də qələbə qazanacağımıza mən tam inanıram.
Azərbaycan xalqına müraciət edirəm. İşğal edilmiş bölgələrin insanlarının evdə qalması üçün Qarabağın azad olunması uğrunda mübarizəyə qalxmalıyıq. Məcburi köçkünlər də öz evlərində qalmalıdırlar. Onların evləri isə işğal edilmiş ərazilərdədir. Biz onların evdə qalmalarını təmin etmək üçün dünya səviyyəsində başladılan kampaniyaya Ermənistanın mane olduğunu, bütün dünyanın Ermənistana qarşı çıxmasını tələb etməliyik. Sonda isə sözü özümüz deməliyik. Bu söz MÜHARİBƏDİR. VƏTƏN UĞRUNDA MÜHARİBƏ.