Modern.az

Dünyanın koronavirus STATİSTİKASI: 823626 yoluxma, 40598 ölü...

Dünyanın koronavirus STATİSTİKASI: 823626 yoluxma, 40598 ölü...

2 Aprel 2020, 08:51

İndiyədək dünyada koronavirusa qeydə alınan yoluxma halları 823 min 626-ya çatıb, 40 min 598 nəfər həyatını itirib. Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib.

Son sutka ərzində yeni tip koronavirusa 72 min 736 nəfər yoluxub, son 24 saatda bu xəstəlikdən 4193 nəfər ölüb.

Hazırda ən çox yoluxma halları yenə də Avropa regionunda qeydə alınıb - 494 min 212 nəfər.

ABŞ-da 200 mindən çox yoluxma halı aşkarlanıb. Birləşmiş Ştatlar bu göstərici üzrə dünyada birinci yerdədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı