Arxiv
3 Aprel 2020, 10:29 | AKTUAL
Çətinlikdən çıxa bilənlər“Yüksəliş”in bir hədəfi də böhran dövrünün idarəçisini seçməkdir

 

Bəşəriyyət öz tarixinin yeni bir mərhələsinə daxil olur. Bir neçə ay öncəyədək rəqəmsal dünya, uğurlu biznes idarəçiliyi, yeni nəsil texnologiyalar, süni intellekt və s. kimi mövzularda aparılan müzakirələr çox qəfil və gözlənilməz halda, tamamilə yeni bir mövzuda qlobal təlaşla əvəzlənir. Bu gün dünyanın dörd bir tərəfində beyinləri məşğul edən bu yeni mövzunun adı hamıya yaxşı məlumdur: COVID-19, yaxud koronavirus pandemiyası. Başqa sözlə, indi bəşər övladı üçün ən önəmli məsələ cəmi bir neçə ay öncəki hədəflərinə çatmaq yox, bu pandemiyanın öhdəsindən gəlmək, insanları fiziki ölümdən qurtarmaq, bununla həm də sürətlə konturları cızılan böhranın girdabına yuvarlanmaqda olan dövlət və şirkətlərin xilasına nail olmaqdır. Obrazlı desək, artıq dünya hədsiz kiçik bir virusun yaratdığı nəhəng bir böhranın astanasındadır. Bu isə müasir dünyaya, təbii olaraq, stress, qorxu, təşviş, vahimə və s. bu kimi digər əlamətlərlə xarakterizə olunan ciddi gərginlik yaşatmaqla yanaşı, bir vaxtlar kiminsə ağlına belə gəlməyən yeni reallıqlar gətirir.

 

Bəs böhranın ildırım sürətilə hər şeyi dəyişdiyi bir dövrdə yaranan bu yeni reallıqlarla necə üz-üzə dayanmalı? Necə etmək olar ki, böhranın təsirləri minimuma endirilsin, nəticələri dağıdıcı olmasın? Bax bu səbəbdən də dünyada yenidən böhran dövründə idarəçilik anlayışı qabarır. Çünki böhrandan o dövlətlər, şirkət və müəssisələr daha az zərərlə çıxacaq ki, onlar məhz bu dövr üçün xarakterik idarəçilik şərtləri ilə idarə olunacaq. Bu idarəçiliyin uğurlu nəticələr qazanması üçün isə idarəçilərin üzərinə ciddi məsuliyyət düşür və onlardan məhz bu dövrə uyğun keyfiyyətlər tələb edilir.

 

Böhran dövrünün idarəçisinin keyfiyyətləri barədə ən müxtəlif fikirlər mövcuddur. Ümumilikdə əsas xətt budur ki, böhran dövrünün idarəçisi ən kritik vəziyyətə belə nəzarət etməyi bacarmalıdır. Bunun üçün isə o, ilk növbədə özünü idarə etmək iqtidarında olmalıdır. Çünki böhran dövrü ümumilikdə cəmiyyət üçün ən ağır dövrdür və təəssüf ki, bu dövrdə çoxluq baş verənlərə soyuqqanlı şəkildə deyil, panikayla reaksiya verir. Ən pisi isə odur ki, böhran dərinləşdikcə insanın üzərinə düşən psixoloji gərginlik yükü də artır, qorxu, təlaş, həyəcan adi davranış normasına çevrilərək gələcək hədəfləri arxa plana keçirir. Bu o deməkdir ki, böhran dövründə bütövlükdə cəmiyyət psixoloji cəhətdən həssaslaşır, ixtisara düşmək, iş yerini itirmək qorxusu güclənir, nəticədə fərdi səviyyədə iş qabiliyyəti aşağı düşür, motivasiya sıfır səviyyəsinə enir, gələcək dumanlı görünməyə başlayır. Belə həssas məqamlarda idarəçinin özü üçün də, əsas idarəçilik keyfiyyətlərinin gücü üçün də sınaq dövrü başlayır. Məhz bu dövrdə idarəçi öz emosiyalarını idarə etməklə bütövlükdə idarə etdiyi hər kəs üçün nümunəyə, dayağa, ümid yerinə çevrilməlidir. O, öz davranışı ilə sübuta yetirməlidir ki, “gəmi batır” deyib ağlayıb-sızlamaq yox, fırtınaya sinə gərmək, gəmi və onun sərnişinlərini xilas etmək üçün tədbirlər görmək lazımdır. Bunun üçün isə o, ilk növbədə, tabeliyində olanları arxasınca aparmalı, ətrafındakıları xilasetmənin mümkünlüyünə və uğura inandırmağı bacarmalıdır. Onun tabeçiliyində olanlar inanmalıdırlar ki, məşhur ifadədə deyildiyi kimi, böhran həm də imkanlar deməkdir.

 

Böhran dövrü üçün digər bir mühüm keyfiyyət idarəçinin səmimiliyidir. İdarə olunanlar idarəçinin səmimiyyətinə inanmırsa, onun bütövlükdə böhranı idarə etmək və uğur qazanmaq şansları da yoxdur. Məşhur bir ifadədə deyildiyi kimi, rəhbərlik etmək əmrlər vermək yox, inandırma bacarığı tələb edir. 

 

İdarəçi inandırma qabiliyyətini nümayiş etdirməklə özünün cəsarəti və böhranın idarə olunması barədə məlumatlılığına da etimad yaradır. İnsanlar əmin olurlar ki, onların etimad etdikləri kor-koranə hərəkət edən şəxs yox, formalaşmış, çətinliklərdən qorxmayan, mübariz bir idarəçidir. Təsadüfi deyil ki, bütün dünyada tanınmış Uorren Bennis idarəçiləri mübarizə və çətinliklərin formalaşdırdığını yazırdı: “İnsanlar rəhbərlik etməyi öyrənməzdən öncə bu qəribə yeni dünya haqqında nəsə öyrənməlidirlər”.

 

İdarəçinin digər mühüm keyfiyyəti ən çətin vəziyyətlərdə maksimum səy göstərməyə hazır olmasıdır. Çünki böhran dövründəki idarəçilik templəri adi dövrdəki templər kimi deyil. Bu dövrdə lider idarəçi maksimum səylərə hazır olmalı, kiçik nəticələrə yox, yenə də Uorren Bennisin sözləri ilə desək, üfüqə baxmalıdır.

 

Çeviklik, ani, amma düşünülmüş qərarlar verə bilmə bacarığı da olduqca vacibdir. Böhran dövründə ənənəvi müzakirələr aparmağa, ideyaların effektivliyini ölçüb-biçməyə, sadəcə, vaxt olmaya bilər. Ona görə də idarəçi çevik qərarlar vermək qabiliyyəti ilə də fərqlənməlidir. Bəs əgər qərar vermək çətindirsə? Bu zaman idarəçini vəziyyətdən onun digər bir xüsusiyyəti – qətiyyətliliyi çıxarır. Çünki qətiyyətlilik, öz qərarlarının düzgünlüyünə əminlik böhran dövründə olduqca vacib xüsusiyyətlərdən sayılır.  

 

Və təbii ki, heç bir halda situasiyaya nəzarəti itirməmək, stressə davamlılıq, gərgin iş rejimində işləyə bilmək, ədalət hissini qurban verməmək, təşəbbüskarlıq, peşəkar kadrları qoruma kimi keyfiyyətləri də qətiyyən unutmaq olmaz. Çünki idarəçi böhrandan qurtulmağı və inkişafı məhz peşəkar kadrlardan ibarət komanda formalaşdırmaqla təmin edə bilər. Bu mənada son dövrlər cəmiyyətdə kifayət qədər nüfuz qazanmış “Yüksəliş” müsabiqəsindən gözləntilər də böyükdür. Çünki “Yüksəliş”in seçdiyi peşəkarlar Azərbaycanın gələcəyə, dünyada yarana biləcək böhranlara daha hazırlıqlı olmasına mühüm töhfə verə bilərlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Operativ Qərargahda brifinq keçirilir - Canlı 3 İyun 2020, 19:03 Tərtər Olimpiya İdman Kompleksinin açılışı oldu - YENİLƏNİB 3 İyun 2020, 18:55 Prezident Ağcabədidə daha bir AÇILIŞDA 3 İyun 2020, 18:51 İlham Əliyev avtomobil yolunu yenidənqurmadan sonra istifadəyə verdi - YENİLƏNİB 3 İyun 2020, 18:46 Prezident icra başçısına İRAD BİLDİRDİ 3 İyun 2020, 18:40 Nazirlik yoxlama apardı - 2785 obyektdə nöqsan aşkarlandı: “Araz market”, “Dokta Aptek”, “Bazar Store”... 3 İyun 2020, 18:33 UNEC-in tələbələrinə imtahan sessiyasında əlavə güzəştlər olunub 3 İyun 2020, 18:21 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı uzadıldı 3 İyun 2020, 18:14 Bərdədə su kanalına atılan heyvan leşləri məhv edildi 3 İyun 2020, 18:12 ABŞ Çin təyyarələrinin uçuşuna qadağa qoyacaq 3 İyun 2020, 18:11 Artıq “NNTV Kids” ilə dünyanın ən populyar uşaq kanallarını izləmək olar   3 İyun 2020, 18:10 Bu hakimlər barədə ən sərt tədbirlər görüləcək 3 İyun 2020, 18:07 Azərbaycan hərbçiləri Moskvada hərbi paradda iştirak edəcəklər 3 İyun 2020, 18:03 Prezident taxıl zavodunun açılışını etdi 3 İyun 2020, 18:00 Ağcabədinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verildi 3 İyun 2020, 17:55 İlham Əliyev “ASAN xidmət” mərkəzinin AÇILIŞINDA 3 İyun 2020, 17:50 DİN və Baş Prokurorluqdan Sabunçudakı qətllə bağlı AÇIQLAMA 3 İyun 2020, 17:44 İlham Əliyev taxıl biçininə başlanması mərasimində iştirak etdi 3 İyun 2020, 17:44 Ermənistan ordusu Qarabağda itki verdi: Ölən və yaralananlar var 3 İyun 2020, 17:42 26 Qazaxıstan vətəndaşı öz ölkəsinə yola salındı 3 İyun 2020, 17:39 Prezident Ağcabədiyə gedib 3 İyun 2020, 17:36 Sabahın teledərs CƏDVƏLİ 3 İyun 2020, 17:33 Ermənistanda “Kalaşnikov” avtomatları istehsal olunacaq 3 İyun 2020, 17:26 Koronavirusa yoluxan jurnalist: “İnanmayanlara demək istəyirəm ki…” - MÜSAHİBƏ 3 İyun 2020, 17:20 Yer kürəsinin ən təmiz ərazisi açıqlandı 3 İyun 2020, 17:16 Ramiz Mehdiyev yeni təyinat etdi 3 İyun 2020, 17:10 Maşını yolun ortasında saxlayıb getdi - FOTO 3 İyun 2020, 17:04 ABŞ-da etirazlar nəzarətdən çıxdı: polis rəisi öldürüldü 3 İyun 2020, 16:58 Bu ölkədə 20 jurnalist koronavirusdan öldü 3 İyun 2020, 16:57 ABŞ-da öldürülən Corc Floydun arvadı ilk dəfə DANIŞDI   3 İyun 2020, 16:52 Nazirlikdən müharibə veteranları ilə bağlı yeni TƏKLİF 3 İyun 2020, 16:46 SABAH qruplarına tələbə seçimi müsabiqəsinə başlanıldı 3 İyun 2020, 16:40 Hindistanda ölkənin adının dəyişdirilməsi üçün iddia qaldırılıb 3 İyun 2020, 16:34 Prezident ön xəttdəki hərbi hissəyə getdi 3 İyun 2020, 16:30 İsveçin baş epidemioloqundan ETİRAF: “Karantindən tam imtina səhv idi” 3 İyun 2020, 16:29