Modern.az

Partiya sədri: “Azərbaycanda ən sərt tədbirlərə əl atmağa ehtiyac var”

Partiya sədri: “Azərbaycanda ən sərt tədbirlərə əl atmağa ehtiyac var”

3 Aprel 2020, 16:52

“Koronavirusla mübarizədə Azərbaycan hökumətinin gördüyü işlər təhlükənin səviyyəsinə tam olaraq uyğundur. Dövlət orqanlarının həyata keçirdiyi kompleks tədbirlər, tətbiq olunan xüsusi karantin rejimi, məhdudiyyətlərin sərtləşdirilməsi, yoluxmuş insanların müalicəsi üçün yaradılmış şərait, karantinə götürülmüş vətəndaşlarımıza göstərilən qayğı təqdir olunan hallardır”.

Bu fikirləri Modern.az-a açıqlamasında  Yurddaş Partiyasının sədri Mais Səfərli  deyib.


Partiya sədri virusun yayılmasında azalma müşahidə olunmadığını da bildirib:

“Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizdə hökumətimizin bu fəaliyyətini təqdir edən açıqlama ilə çıxış edib. Lakin bütün görünən tədbirlərə rəğmən koronavirusa yoluxanların dinamikasında hələ ki azalma müşahidə olunmur. Aparılan təhlillər  göstərir ki, bunun başlıca səbəbi insanlarımızın böyük bir kəsiminin  hələ də təhlükənin ciddiliyini dərk etməməsi? dövlətin həyata keçirdiyi proqramlarda məsuliyyətlə iştirak etməməsidir”.


Mais Səfərli koronavirusla mübarizədə sərt tədbirlərin həyata keçirilməsinin tərəfdarı olduğunu xüsusi qeyd edib:


“Bəzi insanlar  şəxsi həyatları ilə bərabər digər insanları, o cümlədən cəmiyyəti zərbə altına qoyurlar. Hesab edirəm ki, belə olan halda ölkədə fövqəladə sanitar vəziyyətin tətbiqinə ehtiyac duyulur. Nə qədər ki, koronavirusa qarşı vaksin və dərman tapılmayıb, ən sərt tədbirlərə əl atmağa ehtiyac var. Söhbət millətimizin genefondundan və taleyindən gedirsə, mümkün olan və olmayan hər şeyi etməliyik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?