Modern.az

Sürət qatarı koronaviruslu xəstələr üçün reanimasiya şöbəsinə çevrildi - FOTO

Sürət qatarı koronaviruslu xəstələr üçün reanimasiya şöbəsinə çevrildi - FOTO

Aktual

3 Aprel 2020, 17:24

Fransada sürət qatarı koranavirusa yoluxan xəstələr üçün reanimasiya şöbəsinə çevrilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qtar Strasburq şəhərindədir və vəziyyəti ağır olan xəstələr təcili tibbi yardım maşınları ilə bura gətirilərək müalicələrini davam etdirirlər. Qatar gecə-gündüz polislər tərəfindən qorunur və kənardan heç kim buraxılmır.

 

Qeyd edək ki, pandemiya Fransada sürətlə yayıldığı üçün demək olar ki, bütün xəstəxanalarda virusa yoluxan xəstələr yerləşdirilib. Elə bu səbəbdən də Fransa hökuməti alternativ kimi sürət qatarından istifadə etməli olub.

 

Xatırladaq ki, Fransda indiyədək 5387 nəfər virus səbəbi ilə dünyasını dəyişib, 59929 isə koronavirus daşıyıcısı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü