Arxiv
3 Aprel 2020, 18:13 | ÖLKƏ
Həkimlərin ailəsi necə qorunur? - Deputat: “Tibb işçilərinə ayrıca yer ayrılsın

Koronavirus pandemiyası ilə mübarizədə ön cəbhədə dayanan ordu həm xəstəliyə yoluxanların, həm də bəşəriyyətin xilası üçün çalışır.

Ağ xalatlı həkimlər, ümumilikdə tibb işçiləri koronavirus libasına bürünərək fədakarlıq göstərirlər. Təəssüf ki, İtaliya, İspaniya, Amerika, İran və digər inkişaf etmiş ölkələrdə  tibb işçiləri arasında dünyasını dəyişənlər çoxluq təşkil edir.

 

Azərbaycanda koronavirusla mübarizədə fədakarlıq göstərən tibb işçilərinin sosial vəziyyəti ilə bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. Ancaq digər bir məsələ həm tibb işçilərinin, həm də onların ailələrinin təhlükəsizliyi ilə bağlıdır.

Tibb işçiləri həm koronavirusa qarşı mübarizə aparır, həm də birbaşa virusun daşıyıcılarıdır. Bu zaman təhlükənin yayılma arealı şaxələnir.

 

Belə olan halda, tibb işçilərinin ailələrinin təhlükəsizliyinə kim cavab verməlidir? Məsələ ilə bağlı hansı zəruri addımlar atılmalıdır? Hazırkı mərhələdə tibb işçilərinin müdafiəsi üçün nə etməliyik?

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Modern.az-a açıqlamasında mövzunun aktuallğını xüsusi qeyd edib:

 

“Əslində bu gün koronavirusla mübarizəni ümumxalq sağlamlığına, xalqımızının salamatlığına qarşı müharibə adlandırmaq olar. Təbii ki, müharibədə, savaşda itki gözləniləndir.

 

Tibb işçilərini koronavirus təhlükəsindən qorumaq çox çətindir. Almaniya,Türkiyə, İtaliya kimi səhiyyə sistemi inkişaf etmiş ölkələrdə  koronavirusa yoluxub dünyasını dəyişən tibb işçiləri də var. Qardaş Türkiyədə 600-dən çox həkim bu virusa yoluxub və dünyasını dəyişənlər də var. Allaha şükürlər olsun ki, koronavirus ölkəmizdə o ölkələrdə olduğu  kimi deyil. Tibb işçilərimizin sosial durumunu artırmaq üçün dövlətimiz tərəfindən çox yaxşı işlər görülür. Bunlar alqışalayiqdir”.

 

Komitənin sədr müavini məsələnin vacibliyindən danışarkən tibb işçilərinin ailələrinin müdafiəsiz olduğunu deyib:

 

“Tibb işçilərinin ailəsinin müdafiə olunması vacib məsələdir. Tibb işçilərimiz səhər koronavirusun ocağına gedib, gün ərzində onlarla mübarizə aparırlar. Axşam da evə gəlirlər. Hesab edirəm ki, fədakar və zəhmətkeş tibb işçilərimizin müdafiəsindən daha çox onların ailə üzvlərinin müdafiəsi də çox vacibdir. Hər bir tibb işçisi koronavirus daşıyıcısına çevrilə bilər. Belə bir ehtimal var. Tibb işçilərinin ailəsinin müdafiəsi üçün addımlar atılmalıdır.
Təklifim odur ki, tibb işçiləri üçün ayrıca yer ayrılsın. Bu xəstəxanaya yaxın bir yer də ola bilər. Hazırda otellər fəaliyyət göstərmir. Tibb işçiləri üçün otellərdə yer ayrıla bilər ki, onlar axşam evlərinə yox, otelə getsinlər. Tibb işçilərinin ailələrinin izolyasiya olunması çox vacibdir. Biz həm tibb işçilərimizi, həm də onların ailə üzvlərini qorumalıyıq.

 

Biz tibb işçilərimizi və onların ailə üzvlərini bu görünməyən düşmənlərdən maksimum dərəcədə qorumalıyıq ki, bu mübarizədə ən az itki verməklə qalib çıxaq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə fövqəladə vəziyyət rejimi daha 6 ay uzadıldı 30 May 2020, 09:07 İrəvan şəhəri nə üçün ermənilərə verildi?.. - TARİX 30 May 2020, 09:00 2 milyard dollarlıq ZİYAFƏT - Hakimiyyəti məhv edən MƏRASİM? - FOTOLAR 30 May 2020, 08:42 Bakıda taxta bazarında yanğın... 30 May 2020, 08:24 Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü 30 May 2020, 02:46 Daha bir ölkə koronavirusa qalib gəldi 30 May 2020, 01:34 ABŞ-dan Çinə qarşı yeni sanksiya 30 May 2020, 00:56 Koronavirus bu ölkədə işsizlərin sayın ikiqat artırdı 30 May 2020, 00:49 Piyadanı vuran sürücü hadisə yerindən qaçdı 30 May 2020, 00:39 36 ölkə müraciət etdi: Borclar ertələnsin 30 May 2020, 00:24 Bakıda kişini dostu kürəyindən bıçaqladı 30 May 2020, 00:12 Türkiyədən Liviyaya xəbərdarlıq 29 May 2020, 23:59 Bakının mərkəzində KORONAVİRUS təhlükəsi - VİDEO 29 May 2020, 23:46 Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55 Son sutkada daha 28 nəfər koronavirusdan ölüb 29 May 2020, 20:42 Makqreqor yenidən Həbiblə qarşılaşa bilər 29 May 2020, 20:31 Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb 29 May 2020, 20:15 ATƏT Parlament Assambleyasından Azərbaycana təbrik 29 May 2020, 20:01 Hərbi müəssisələrdə və təcridxanalarda epidemioloji vəziyyət stabildir 29 May 2020, 20:00 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə aşağı enəcək 29 May 2020, 19:56 Uşaq bağçaları nə vaxt açılacaq? - TƏBİB-dən AÇIQLAMA   29 May 2020, 19:52 Koronavirus xəstələri üçün 7 min çarpayı ayrılıb 29 May 2020, 19:44