Modern.az

"Koronavirusla mübarizə üçün Nyu-Yorka əlavə qoşun göndəriləcək" - Tramp  

Dünya

5 Aprel 2020, 08:40

ABŞ hökuməti ştatlarda koronavirusla mübarizə məqsədilə əlavə minlərlə əsgər göndərəcək.

 

Modern.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdə brifinq zamanı ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

 

“Ştatlara yardım etmək üçün əlavə çox sayda hərbi heyət ayıracağıq. Bunlar minlərlə hərbi personal, hərbi həkimlər, mütəxəssislər, tibb bacıları və həkimlər olacaq. Onlar əvvəldən hazır olmadıqları müharibəyə, döyüşə gedəcəklər”, - Tramp belə deyib.

 

Tramp əlavə edib ki, ən çox yardımın ehtiyac olduğu Nyu-York şəhərinə 1000 nəfərlik qoşun göndəriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır