Modern.az

Türkiyəli deputat azərbaycanlı tələbələrin aqibətindən DANIŞDI

Türkiyəli deputat azərbaycanlı tələbələrin aqibətindən DANIŞDI

9 Aprel 2020, 16:30

Koronavirus pandemiyası yayıldıqdan sonra dünyanın bir sıra ölkələrində, o cümlədən Türkiyədə olan Azərbaycan vətəndaşlarının əksəriyyəti vətənə təxliyə olundu. Lakin təxliyə üçün müraciət edən bəzi vətəndaşlarımız sərhədlər bağlandıqdan sonra ölkəyə qayıda bilmədi. Bu sırada tələbələr də var.

 Maraqlıdır, hazırda Türkiyədə qalan və Azərbaycana qayıda bilməyən vətəndaşlarımıza qardaş ölkədə dəstək göstərilirmi?


Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin deputatı, əslən azərbaycanlı Şamil Ayrım həmin vətəndaşlarımızla əlaqə saxlanıldığını bildirib:

 

“Karantin elan olunduqdan sonra Türkiyədən Azərbaycana qayıda bilməyən azərbaycanlıların sayını dəqiq deyə bilmərəm. Amma hələ sərhədlər açıq olanda da bizə təxliyə üçün müraciətlər edilirdi və lazımı köməkliyi göstərirdik. Amma bildiyiniz kimi indi sərhədlər bağlıdır. Bu dönəmdə həm türkiyəli iş adamları, həm elə mən özüm daimi olaraq həmin azərbaycanlılarla əlaqə saxlayırıq.

Bir qrup tələbə Azərbaycana qayıtmaq istəyəndə mənim də iştirakımla Türkiyədəki  səfirlik köməklik göstərdi ki, onların qayıtması üçün avtobus ayrılsın. Amma sərhədlər bağlandı deyə, istəyimizi reallaşdıra bilmədik. Həmin tələbələri İdman Nazirliyi tərəfindən ayrılmış şəhərcikdə yerləşdirdik. Hazırda həm türkiyəli iş adamları, həm də səfirlik mütəmadi olaraq həmin tələbələrlə əlaqə saxlayıb, ehtiyaclarını qarşılamağa çalışır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?