Arxiv
25 Aprel 2012, 13:09 | MÜSAHİBƏ
“Prokurorluq, ədliyyə və polis orqanlarında çalışanların 50%-i gənclərdir”- MÜSAHİBƏ

Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun Femida.az saytına eksklüziv müsahibəsi

- Gənc Hüquqşünasların Beynəlxalq Bakı Forumu keçiriləcək. Bu tədbirin keçirilməsinə sizin münasibətiniz necədir?

- Bu gün Azərbaycan  bütün sahələrdə beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirilmə ünvanıdır. Bu baxımdan belə bir tədbirin keçirilməsi təsadüfi deyil. Bildiyiniz kimi son dövrlər respublikamızda elm, mədəniyyət, idman, təhsil və digər sahələrdə silsilə beynəlxalq tədbirlər, dünya çempionatları, qlobal forum və konfranslar keçirilməkdədir.  Bu ölkəmizin artan beynəlxalq nüfuzunun, iqtisadi inkişafının və nailiyyətlərinin təcəssümüdür. Avropaya inteqrasiya istiqamətində görülən işlər və əldə edilmiş nailiyyətlər artıq Azərbaycanı beynəlxalq səviyyədə birgə tədbirlərin keçirilməsi üçün etibarlı partnyora çevirmişdir. Ölkəmiz Avropa hüquq məkanına qoşulmuş, hüquq, məhkəmə, dövlət idarə etmə sistemini yenidən qurmuşdur. Avropa İnsan hüquqları Konvensiyası və 50-yə yaxın digər Avropa Konvensiyası ölkəmizin daxili hüququnun tərkib hissəsinə çevrilmişdir.

Bu Forumun Azərbaycanda keçirilməsi bizi çox sevindirir. Bu dövlətimizin gənclərə göstərdiyi qayğının, onlara yaratdığı münbit fəaliyyət mühitinin və gənclərin təşəbbüskarlığının nəticəsidir. Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-2015-ci illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramını qəbul etmişdir. Bu tədbirlərin dəstək və təşviq edilməsinin nəticəsi olaraq bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərinə yer edir və onlara göstərilən etimadları doğruldurlar.

- Bu Forumun təşkilatçıları Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan bölməsidir. Təşkilat və bu tədbirin məqsədi barədə ümumi məlumat almaq istərdik.

- Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (European Law Students Association – ELSA) dünya üzrə hüquq tələbələrinin ən böyük təşkilatıdır. Bu təşkilat  Avropanın 41 ölkəsində, 300 universitetində 32,000-dən çox hüquq tələbələrini və gənc hüquqşünasları özündə birləşdirir. ELSA-nın baş qərargahı Brüssel şəhərindədir. Təşkilat hüquq tələbələrinə öz bacarıqlarını inkişaf etdirmək, yeni biliklər əldə etmək və Avropa üzrə hüquq tələbələri və peşəkarları ilə əlaqələr qurmaq üçün platforma təmin edir Azərbaycan təşkilata 2011-ci ildə üzv olmuşdur və ELSA-Azərbaycan adı altında fəaliyyətə başlamışdır. Yerli bölməsi fəaliyyətə başladığı dövrdən ELSA Azərbaycanda bir sıra layihələr, o cümlədən rəmzi məhkəmə prosesləri və elmi dərnəklər təşkil etmiş, onlarla hüquqşünas gəncin Avropada təşkil olunmuş beynəlxalq tədbirlərdə və yay məktəblərində iştirakına dəstək vermişdir. ELSA-Azərbaycan tərəfindən hüquq tələbələri arasında  təşkil edilən rəmzi məhkəmə prosesləri müsabiqəsi tələbələr arasında geniş marağa səbəb olmuşdur. Yeri gəlmişkən qarşıdan gələn Gənc Hüquqşünasların Beynəlxalq Bakı Forumu çərçivəsində Azərbaycan Respublikasının Ali Məhkəməsində bu müsabiqənin final mərhələsi keçiriləcəkdir.

Gənc Hüquqşünasların Beynəlxalq Bakı Forumunun keçirilməsi ideyasının müəllifləri və təşkilatçılarıda gənc hüquqşünaslardır. Bu gənclər qısa müddət əvvəl Avropa Hüquqşünas Tələbələr Assosiasiyası ilə sıx əməkdaşlıq əlaqələri qurmuş və bu təşkilatın Azərbaycan bölməsini təsis etmişlər. Tədbirin keçirilməsində əsas məqsəd Avropanın müxtəlif ölkələrində yaşayan gənc hüquqşünasları bir araya gətirmək, onların təhsil və peşə problemlərini, iş perspektivlərini, regional və beynəlxalq miqyasda gedən hüquqi prosesləri müzakirə etməkdir.

- Son dövrlər Azərbaycanda Məhkəmə hüquq sahəsində həyata keçirilən islahatlarda gənclərin iştirakı hansı səviyyədədir?

- Ilk olaraq qeyd etməliyəm ki, Azərbaycanda bütün sahələrdə gənclərin iştirakının artması  prosesi sürətlə gedir. Bu proses dövlət siyasətinin bir hissəsidir və cənab Prezident tərəfindən tam dəstəklənir. Digər peşələr kimi hüquq peşəsi də bu prosesdən kənarda qalmamış və  əhəmiyyətli dərəcədə gəncləşmiş və yenilənmişdir. Hazırda məhkəmə sistemində fəaliyyət göstərən hakim heyətinin 50%-i son illər hakim fəaliyyətinə başlayan şəxslərdir. Yeni hakimliyə namizədlərin 66%-i gənclərdir.  Bu gün prokurorluq, ədliyyə və polis orqanlarında çalışanların 50%-i gənclərdir. Ədliyyə orqanlarına 2006-cı ildən çalışan şəxslərin 80%-i gənclərdir. Vəkillər Kollegiyasına üzv olan 850 vəkilin 30%-i 40 yaşadək olan şəxslərdir. Bildirməliyəm ki, bu rəqəmlərin son illər üzrə artım dinamikası müsbətdir və gənclərə münasibətdə həyata keçirilən bu gün ki dövlət siyasəti qarşıdan gələn  illər üzrə bu rəqəmlərin daha da artacağını deməyə imkan verir. Avropa standartlarına uyğun şəkildə, şəffaf qaydalar əsasında formalaşdırılmış müasir hakim korpusu, vəkillik, prokurorluq və polis gənc peşəkarların hesabına daha dinamik, dəyişikliklərə münasibətdə daha həssas və çevik olmuşdur.

Sizin Beynəlxalq Bakı Forumunun iştirakçıları olan gənc hüquqşünaslara
arzularınızı öyrənmək istərdik.

- Əminəm ki, bu forum hüquq peşəsinə yiyələnmək, bu sahədə  karyeraya başlamaq sahəsində gənclər üçün yeni cəlbedici, ümidlərverici üfüqlər açacaq. Forumun mövzusu da belə düşünməyə əsas verir.  Bu tədbir indiyə qədər görülən işlərin məntiqi davamı olaraq, həm də beynəlxalq əməkdaşlıqda yeni səhifə açacaq, bizi ümumi məqsədlərimizə çatmağa daha da yaxınlaşdıracaq. Ümid edirəm ki, gənclərin təşəbbüskarlığı, sərhədləri keçən dostluq münasibətləri və gənc hüquqşünasların maariflənməsi üzrə həyata keçirdikləri fəaliyyət qısa müddət ərzində öz müsbət nəticəsini verəcəkdir. Bütün iştirakçılara öz peşəkar həyatlarında uğurlar arzulayıram.

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ADU-nun Konfutsi İnstitutu Sumqayıt məktəbliləri üçün onlayn seminar keçirib 10 İyul 2020, 10:48 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 10 İyul 2020, 10:44 Prezidentin verdiyi müsahibə xalqımızı birliyə çağırır   10 İyul 2020, 10:40 Ötən gün 1 440 nəfər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 10:36 KATV-nin interneti niyə çökdü? - Şirkətdən AÇIQLAMA 10 İyul 2020, 10:30  Gömrük Hospitalı işçi axtarır - həkim, tibb bacısı (qardaşı), xadimə... 10 İyul 2020, 10:24 Prokurorluq baldızını bıçaqlayan Anar Əlizadəni AXTARIR 10 İyul 2020, 10:18 Partiya sədrinə ağır itki üz verdi 10 İyul 2020, 10:12 Səhiyyə Nazirliyi koronaviruslu xəstələri 3 TƏSNİFATA ayırdı 10 İyul 2020, 10:06 Xüsusi karantin rejimi tətbiq olunan 16 bölgə üzrə 190 manat tam ÖDƏNİLDİ 10 İyul 2020, 10:01 Bu şəhərdə məktəblər virusa görə yenidən bağlandı 10 İyul 2020, 09:58 Ən çox iş yerini dəyişən müəllimlər bu şəhər və rayonlardan oldu 10 İyul 2020, 09:53 Yazandan əvvəl dərindən düşünmək lazımdır! - Alimin ittihamlara CAVABI 10 İyul 2020, 09:48 Samir Şərifova yeni səlahiyyət verildi - QƏRAR 10 İyul 2020, 09:42 Bakıda yenidən karantin postları QURULDU 10 İyul 2020, 09:36 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur 10 İyul 2020, 09:30 Azərbaycanda elektrik enerjisi istehsalı artıb  10 İyul 2020, 09:24 COVID-19-dan sağalanların immun sistemi ZƏDƏLƏNİR 10 İyul 2020, 09:18 Keçmiş deputat işsizdir: “Qorunmaqdan başqa yolumuz yoxdur” - MÜSAHİBƏ 10 İyul 2020, 09:17 Prokurorluq Şirvandakı qətllə bağlı məlumat yaydı 10 İyul 2020, 09:12 Ermənilər snayperlərdən atəş açdı 10 İyul 2020, 09:06 Füzulidə koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir 10 İyul 2020, 09:00 Heydər Əliyevə tərcüməçilik etmiş lerikli - Ərəblər ona heyrətlənmişdilər... 10 İyul 2020, 08:54 Göygöldə ferma yandı - xəsarət alanlar var 10 İyul 2020, 08:35 Boliviyanın müvəqqəti prezidenti koronavirusa YOLUXDU 10 İyul 2020, 08:24 Koronavirusdan sonra ən çox rast gəlinən FƏSADLAR 10 İyul 2020, 08:12 Bu gün ali məktəblərə ilk qəbul imtahanları keçirilir 10 İyul 2020, 08:00 Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək 10 İyul 2020, 00:44 Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi 10 İyul 2020, 00:32 Xalq artistinin oğlu vəfat etdi 10 İyul 2020, 00:14 Bakıda internet problemi yarandı 9 İyul 2020, 23:57 Nazir Səttar Mehbalıyevin oğlu ilə bağlı əmr VERDİ 9 İyul 2020, 23:45 AZAL Kiyevdən 189 azərbaycanlını vətənə gətirdi - FOTOLAR 9 İyul 2020, 23:27 Çin daha bir rabitə peykini orbitə çıxardı 9 İyul 2020, 23:15 Avropa Liqasının qrup mərhələsində VAR sistemi tətbiq edilməyəcək 9 İyul 2020, 22:59