Modern.az

İspaniyadakı vətəndaşlarımızdan XƏBƏR VAR

İspaniyadakı vətəndaşlarımızdan XƏBƏR VAR

Diaspor

25 Aprel 2020, 17:21

Dünyanı öz cənginə alan koronavirus pandemiyasına indiyədək 2846576  nəfər yoluxub. Onlardan  197859-u dünyasını dəyişib, 811783 nəfəri isə sağalıb.

Virusun ən çox qeydə alındığı ölkələr arasında İspaniya da yer alır. Belə ki, bu günədək İspaniyada  219764  nəfər koronavirusa yoluxub, onlardan 22524 nəfəri vəfat edib.

 

Ölkə yetərincə turistik ərazi olduğundan burda əcnəbilərin sıx məskunlaşması istisna deyil. Eləcə də azərbaycanlıların həm təhsil, həm də işlə bağlı olaraq yaşadıqları ölkələr arasında İspaniya  da yer alır.

 

Maraqlıdır, hazırda İspaniyada yaşayan vətəndaşlarımızın səhhəti necədir? Onların Azərbaycana təxliyyə məsələsi hansı yerdədir?

 

İspaniyada mövcud durumla əlaqədar Modern.az-a danışan Barselonadakı Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov deyir ki, İspaniyada yaşayan vətəndaşlarımız Azərbaycana çarter reysin açılmasını gözləyir:

 

“Gündəlik olaraq burada yaşayan azərbaycanlılarla əlaqə saxlayırıq. Çox şükür olsun ki, hələ vətəndaşlarımızdan heç birində koronavirusa yoluxma halı qeydə alınmayıb. Azərbaycanlılar arasında əvvəldən ünsiyyət var, amma indi votsap üzərindən də bir-birimizlə mütəmadi əlaqə saxlayırıq. Təxliyə məsələsi ilə bağlı isə hələ ki, dəqiq məlumat yoxdur. Amma vətəndaşlarımız davamlı olaraq Azərbaycana qayıtmaq üçün müraciət edir. Dövlətimiz tərəfindən çarter reysin açılmasını gözləyirik. İspaniyadan Azərbaycana qayıtmaq istəyənlər əsasən tələbələr və burada qısa müddətə yaşamağa gələnlərdir. Əvvəldən burada məskunlaşan və işləyən vətəndaşlarımız Azərbaycana qayıtmaq istəmir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır