Modern.az

“Ailəliklə Ukraynaya bir günlük toya getdik, koronavirusa görə 3 ay geri qayıda bilmədik” - MÜSAHİBƏ

“Ailəliklə Ukraynaya bir günlük toya getdik, koronavirusa görə 3 ay geri qayıda bilmədik” - MÜSAHİBƏ

15 May 2020, 10:31

Ötən gün 198 nəfər Azərbaycan vətəndaşı Ukraynadan ölkəmizə təxliyə olunub. Onlar axşam saatlarında mütləq qaydada karantinə yerləşdiriliblər.

Ukraynadan Azərbaycana təxliyə olunan Fərid Muxtarov həmin ölkədə qaldığı müddət ərzində ümumi vəziyyət və orda olan digər vətəndaşlarımız barədə Modern.az-ın suallarını cavablandırıb:

 

- Fərid bəy, Ukraynadan gələn azərbaycanlılar harda yerləşdirilib? Səhhətiniz qaydasındadır?

- Hər şey qaydasındadır. Hava limanından bizi birbaşa “Atletlər kəndi”nə apardılar. Burda nə qədər qalacağımızı bilmirik.

 

- Ukraynaya nə məqsədlə getmişdiniz? Hər hansı çətinliyiniz oldu, ya necə?

- Ukraynadan gələn azərbaycanlıların hərəsi bir məqsədlə getmişdi ora. Yəni vətənə qayıdanlar arasında kimisi müalicə almaq üçün orda idi, kimisi tələbə idi, kimisi də sadəcə gəzmək üçün Ukraynaya getmişdi. Mən şəxsən yaxın bir adamın toyuna görə ailəmlə 3 ay əvvəl bir günlüyə getmişəm. Ukraynada geri qayıtmaq istəyimizə səfirliyimiz soyuq yanaşırdı.  Amma mən diaspor təşkilatında bunun tamam əksini gördüm. Səmimiyyətimə inanın ki, mən disapor nümayəndələrini ilk dəfə orada görürdüm. Nə qohum idilər, nə tanış. Amma o kollektivin müsbət aurasından, münasibətindən, bizi qarşılamağından çox razı qaldıq. Yəni disapor vətəndaş arasında rəsmiyyət qurulmamışdı, isti yoldaşlıq münasibəti qurulmuşdu. Biz 3 ay ərzində Ukraynda diasporun hesabına qala bilmişik, çünki onlardan yad müansibət görmədik. Amma səfirlik sanki Rusiyaya aid idi, sanki heç bizim vətəndaşlar deyildilər. Diaspor sədri Hikmət Cavadov isə gəldi dayandı yanımızda, dedi ki, “hər zaman arxanızdayam”. O da özünü bizdən uzaq tuta, soyuq danışa bilərdi. Amma o, savadı, intellektual səviyyəsi ilə insanlıq nümunəsi göstərdi.

 

- Maddi baxımdan sizə yardım olundumu?


- Mən xaricə getdiyim üçün hazırlıqlı idim.Yəni maddi baxımdan Ukraynada ilk bir ay heç nəyə ehtiyacım olmadı. Lakin sonra diaspora müraciət etdim.  Mən diaspora müraciət edəndə onlar artıq 600-ə yaxın azərbaycanlıya ərzaq yardımı və s. ehtiyaclarını qarşılamaq üçün kömək etmişdilər. Hikmət bəy sağ olsun, kömək göstərdi, evin kirayəsini ödədi, bir neçə dəfə ərzaq yardımı verildi.

 

- Azərbaycana qayıtdıqdan sonra tibbi yoxlamadan keçdiniz? Hansısa çətinliyiniz var?

- Azərbaycana qayıdanda hava limanında yüngül yoxlanış oldu. Təyyarə ilə də yaxşı gəldik, yeməklə təmin etdilər bizi. İndi də hər şey qaydasındadır, qaldığımız yer də təmiz, səliqəlidir və hər şeylə təmin olunub. Bizə dedilər ki, ehtiyac olacağı təqdirdə 1 ay da burda qala bilərik, çünki əsas sağlamlığımızdır. Amma mütləq şəkildə hamının 2 həftə karantində qalması önəmli deyil. Əgər vətənə qayıdanlarda virus yoxdursa, dövlət büdcəsini bura yönəltmək olmaz. Çünki indi çətin zamandır, daha ciddi ehtiyaclar var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı