Modern.az

“Azər-Türk Bank” və “Azərlotereya”nın dövlət büdcəsinə xeyri xeyli azaldı – SƏBƏB

“Azər-Türk Bank” və “Azərlotereya”nın dövlət büdcəsinə xeyri xeyli azaldı – SƏBƏB

17 May 2020, 09:28
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə proqnozlaşdırılandan az vəsait daxil olub.
 
 
Modern.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda yazılıb. Belə ki, büdcəyə bu kateqoriya üzrə 3,9 milyon manat proqnoza qarşı 900 min manat vəsait daxil olub.
 
 
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmanın kəsirlə icra edilməsinin əsas səbəbi “Azər-Türk Bank” və “Azərloteraya” ASC-ləri üzrədir. Belə ki, “Azər-Türk Bank” ASC üzrə dövlət büdcəsinə dividend 2,1 milyon manat proqnoza qarşı icra 225 min manat və ya 89,0 faiz kəsirlə yerinə yetirilib. Qeyd edək ki, bankın aktivlərinin qiymətləndərilməsi nəticəsində əlavə ehtiyatların yaradılması zərurəti qurumun xərclərinin artmasına gətirib çıxarıb. Həmçinin Mərkəzi Bankı tərəfindən uçot dərəcəsinin aşağı salınması, depozit hərracında əməliyyat limitinin 300-350 milyon manatdan 100 milyon manata qədər aşağı salınması nəticəsində likvid vəsaitlərin yerləşdirilməsindən yaranan gəlirlər azalıb.
 
 
Kredit resursları üzrə faiz gəlirliyinin, ötən illərlə müqayisədə valyuta kurslarında yaranmış stabilliklə əlaqədar olaraq xarici valyuta əməliyyatlarından əldə olunan gəlirlərin həcminin azalması nəticəsində xalis mənfəət göstəricisinin büdcə proqnozundan daha az olması dividendlərin az ödənilməsinə səbəb olub. “Azərloteraya” ASC üzrə dividend 1,7 milyon manat proqnoza qarşı icra 500 min manat və ya 70,6 faiz kəsirlə yerinə yetirilib. Azalmanın əsas səbəbi Prezidentin 2018-ci il 27 dekabr tarixli 446 nömrəli fərmanı ilə “Azərlotereya”nın sərəncamında qalan xalis mənfəətinin 50 faizinin İqtisadiyyat Nazirliyinin büdcədəndənkənar gəlirlərinə aid edilməsi olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub