Modern.az

Dünyanın bu bölgəsi də koronavirusa qalib gəldi

Dünyanın bu bölgəsi də koronavirusa qalib gəldi

Dünya

19 May 2020, 16:10

Dünyanın daha bir bölgəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

 

Modern.az xəbər verir ki, Çin Xalq Respublikasının Makao Özəl İnzibati Bölgəsində infeksiyaya yoluxmuş 45 nəfər hamısı sağalıb.

 

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Makaonu koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

 

Qeyd edək ki, bundan öncə Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca və Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Qrinland və Seyşel Adalarında da koronaviruslu xəstə qalmayıb.

 

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.

 

T.İSMAYIL

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü