Arxiv
25 May 2020, 13:49 | AKTUAL
“Ermənistan həqiqəti başa düşərsə, ədalətli sülhə yaxınlaşacağıq”

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova qondarma “Dağlıq Qarabağ respublikası”nı Almaniyada təbliğ edən “nümayəndəliyin” və “qeyri-hökumət təşkilatının” fəaliyyətinin qadağan olunması ilə bağlı açıqlama verib.

 

Modern.az-ın məlumatına görə, şöbə müdiri qeyd edib ki, həmin “nümayəndəlik” və “QHT” Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmə nəticəsində yaradılmış kriminal rejimi təbliğ etmək və “tanıtmaq” kimi qanunsuz fəaliyyətlə məşğuldur. Bu isə QHT konsepsiyasından sui-istifadə edilməsi deməkdir. Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz.

 

“Bir müddət bundan əvvəl Almaniyada aparılan istintaq hərəkətləri çərçivəsində "erməni mafiyası" adı altında kriminal qruplaşma və diplomat, diaspor və QHT adı altında fəaliyyət göstərən erməni mənşəli şəxslərin bu mütəşəkkil cinayətkar qruplaşma ilə əlaqələri ortaya çıxmışdı.

Sözügedən "QHT" də Almaniya qanunlarını pozaraq erməni mafiyasının pulları hesabına siyasi lobbizm fəaliyyəti aparmaq, Almaniyada üçüncü tərəflərin maraqlarına xidmət etmək və “beşinci kalon” funksiyasını yerinə yetirmək, bu ölkədə birmənalı qəbul olunmayan radikal və ifrat siyasi partiyalarla əlaqəyə girmək və onların nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini təşkil etmək kimi qanunsuz əməllərlə məşğuldur.

Bu xüsusda, ABŞ, Rusiya, Fransa, Almaniya kimi ölkələrin hüquq mühafizə orqanlarını QHT, vətəndaş cəmiyyəti çətiri altında gizlənən və özünü qondarma kriminal rejim nümayəndələri kimi təqdim edən belə təşkilatların fəaliyyətini təftiş etməyə və onların fəaliyyətinə son qoymağa çağırırıq”, - deyə Aybəniz İsmayılova vurğulayıb.

 

O qeyd edib ki, Azərbaycan ərazilərini işğal edən və yüz minlərlə azərbaycanlını öz doğma yurdlarından didərgin salan Ermənistanın və onun əlaltısı olan kriminal rejimin insan hüquqları və ədalətdən danışması siyasi möhtəkirlik və riyakarlıqdan başqa bir şey deyildir. İnsan hüquqları və ədalətdən danışan tərəf, ilk növbədə, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının erməni icması ilə sülh şəraitində birgəyaşayış çağırışlarına müsbət cavab verərdi və bu istiqamətdə əməli addımlar atardı.

 

Şöbə müdiri deyib ki, dünya birliyi heç vaxt işğal və etnik təmizləmənin nəticəsində yaranmış vəziyyəti qəbul edə bilməz:

 

"Ermənistan bu sadə həqiqəti nə qədər tez başa düşərsə, biz bir o qədər tez ədalətli və davamlı sülhə yaxınlaşacağıq. ATƏT-in Minsk qrupunun üzv dövləti və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Almaniyanı etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin hüquqlarının, Azərbaycanın ərazi bütövlüyünün bərpası və ədalətli sülhün təmin olunması üçün səylərini artırmağa çağırırıq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Böyük Britaniyada koronavirus qurbanlarının sayı artıb 3 İyul 2020, 00:57 Leyla Əliyeva üçün özəl gün  3 İyul 2020, 00:44 Lerikdə məktəb direktorunun müavini qəzada öldü 3 İyul 2020, 00:27 İtaliyada koronavirusdan ölənlərin sutkalıq sayı 30 nəfərədək azaldı 3 İyul 2020, 00:13 Aeroport şossesində piyada vuruldu 2 İyul 2020, 23:54 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı artdı - FOTO 2 İyul 2020, 23:40 İstanbuldan daha 19 həkim Bakıya gətirildi - FOTO 2 İyul 2020, 23:23 Rusiya koronavirus dərmanının ixracına başladı 2 İyul 2020, 23:09 Neftin qiyməti 43 dolları ötdü 2 İyul 2020, 22:50 Amerikanı 5.5 bal gücündə zəlzələ silkələdi 2 İyul 2020, 22:39 Rusiyada azərbaycanlı iş adamı və anası koronavirusdan öldü 2 İyul 2020, 22:25 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 167 nəfərə çatıb 2 İyul 2020, 22:11 İsmayıllıda 3 uşaq atası özünü asdı 2 İyul 2020, 21:56 ABŞ-da yeni ANTİREKORD: Bir gündə 50 min insan virusa yoluxdu 2 İyul 2020, 21:39 Həftə sonu ictimai nəqliyyatın hərəkəti DAYANDIRILIR 2 İyul 2020, 21:35 Meksikada silahlı hücumda 24 nəfər öldü 2 İyul 2020, 21:16 ATU baş epidemioluqun açıqlamasına aydınlıq gətirib 2 İyul 2020, 21:06 “Məqsədimiz Azərbaycandan Əfqanıstana enerji dəhlizini yaratmaqdır” - Əfqanıstan Prezidenti 2 İyul 2020, 20:59 Bu hallarda evdən çıxmağa SMS icazə tələb olunmur 2 İyul 2020, 20:48 “Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir” - İlham Əliyev 2 İyul 2020, 20:44 Bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ 2 İyul 2020, 20:33 Evdən çıxmağa üç halda icazə VERİLƏCƏK 2 İyul 2020, 20:26 Azərbaycanda 5 nəfərdən artıq qruplarda toplanmaq QADAĞAN EDİLİR 2 İyul 2020, 20:14 Bakı metrosu yenidən fəaliyyətini dayandırır - RƏSMİ 2 İyul 2020, 20:08 SMS-lə icazə tətbiq edilən rayonların SAYI ARTIRILDI 2 İyul 2020, 20:04 Sərt karantin rejimi UZADILDI 2 İyul 2020, 20:00 Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlanıb 2 İyul 2020, 19:29 AFFA yeni hakimləri təsdiq edib 2 İyul 2020, 18:56 Balakəndə ayı balalarını satan şəxslər SAXLANILDI 2 İyul 2020, 18:50 Azərbaycanda aktiv koronaviruslu xəstələrin sayı 8 mini KEÇDİ 2 İyul 2020, 18:42 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü 2 İyul 2020, 18:31 Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə döndü -FOTO 2 İyul 2020, 18:22 İŞİD-in 1 milyard dollarlıq narkotiki İtaliyada ələ keçdi 2 İyul 2020, 18:13 Naftalanda növbəti monitorinq keçirilib - FOTO 2 İyul 2020, 18:05 Əhəd Abıyev operativ qərargahın növbəti iclasını keçirib - FOTO 2 İyul 2020, 18:00