Modern.az

Tovuzda maşın aşdı - xəsarət alan var

Tovuzda maşın aşdı - xəsarət alan var

25 May 2020, 17:59

Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az xəbər verir ki, rayon sakini Mirhüseyn Qasımovun idarə etdiyi "VAZ-21011" markalı avtomobil rayonun Aşağı Quşçu kənd ərazisində hərəkətdə olan zaman sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Avtomobilə isə ciddi zərər dəyib.

 

Faktla bağlı araşdırma aparılır (report).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır