Modern.az

Məscidlərdə kütləvi ibadətə icazə verildi - İordaniyada

Məscidlərdə kütləvi ibadətə icazə verildi - İordaniyada

31 May 2020, 08:37

İordaniyada cümə günləri məscidlərdə kütləvi ibadət etməyə icazə verilib.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İordaniyanın Vəqflər və Müqəddəs Ziyarətgahlar Naziri Məhəmməd əl-Həlailə İordaniya telekanallarının birinə verdiyi müsahibədə bildirib.

 

Nazir əlavə edib ki, yaxın iki həftə ərzində ölkə ərazisində fəaliyyət göstərən məscidlərdə günorta və axşam namazlarını da qılmaq mümkün olacaq.

Qeyd edək ki, İordaniyada 703 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. Doqquz nəfər virusun qurbanı olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü