Modern.az

Qəbələdə azyaşlı və heyvan sürüsü bataqlıqda köməksiz vəziyyətdə qalıb

Qəbələdə azyaşlı və heyvan sürüsü bataqlıqda köməksiz vəziyyətdə qalıb

Aktual

31 May 2020, 10:30

Qəbələdə azyaşlı və heyvan sürüsü bataqlıq ərazidə köməksiz vəziyyətdə qalıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə 1 azyaşlının və heyvan sürüsünün (təxminən 100 baş xırdabuynuzlu) köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Əlavə məlumat veriləcək

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi