Modern.az

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

31 May 2020, 16:40

Avropa Məhkəməsinin azərbaycanlı zabit Ramil Səfərovun işi ilə bağlı qərarı cəfəngiyyatdan başqa bir şey deyil. Qərbin həmişə ikili siyasət yürütməsi yalnız təəssüf doğura bilər. R. Səfərovun erməni hərbçini Ermənstan-Azəbaycan münaqişəsi fonunda qətlə yetirməsi Avropa Məhkəməsində qərar verənlərə yaxşı məlumdur.

R.Səfərov qarabağlıdır və Qarabağda baş verənlərə görə elindən-obasından, doğma yurdundan didərgin düşmüş çoxsaylı azərbaycanlılardan biridir. O, Qarabağda törədilən erməni vəhşiliyinin şahididir. Bəs Avropa Məhkəməsi  Qarabağda qətl edilən azərbaycanlı uşaqların, qocaların, qadınların, Xocalıda törədilən vəhşiliklərin hesabını, ermənilərdən niyə soruşmur?

Ramil Səfərov tamamilə haqlı olaraq, düşmənin layiqli cavabını vermiş, yer üzündə natəmizlik yayan bir ünsürü gəbərtmişdir.

Məhz buna görə də növbəti şahmat əsərimi həmvətənimə həsr etdim və onun qəhrəmanlığını, şahmat fiqurları vasitəsilə, şahmat lövhəsi üzərində nümayiş etdirdim.


Şahmat kompozisiyası (məsələ və etüdlər) əməli şahmat oyunun əsasında qurulur.  Bununla bərabər şahmat kompozisiyası müstəqil yaradıcılıq formasıni təmsil edir. O daimi inkişaf edir, şahmat oyununun qözəlliyini nümayiş etdirməklə yanaşı, həm də insanlarda şahmata marağı artırır. Şahmatçılara əyani fəndlər öyrədərək, onların ustalığını artırır, vaxtın səmərəli keçməsinə xidmət edir.

Şahmat bəstəçiliyini haqlı olaraq şahmat poeziyası adlandırırlar. Çünki o əməli şahmat oyununu bədii şəkildə ifadə edir. Bu real həyatı incəsənət vasitəsilə göstərməyə bənzəyir.

Ramil Səfərova həsr etdiyim şahmat əsərində, məhz həmən o anı, şahmat fiqurları vasitəsilə göstərməyə çalışmışam.                                                              


Üç gedişə yardımmat 2 həll

1.Vxd5 Axd3 2.Şxd3 Fd4! 3.Şxd4 Txd5# mat
1.Vxe5 Axc3 2.Şxc3 Td4! 3.Şxd4 Fxe5# mat                                                                          

Kompozisiyanın ilkin görnüşü göydən yerə enən meteoru xatırladır. Strateji effektlərin müxtəlif yollarla reallaşması (ODT). Mat həyata keçirmək üçün, dörd ağ fiqurdan üçü qurban verilir!
Batareyalardan biri qaralar, digəri isə, ağlar tərəfindən pozulur. Məzmunda çoxlu sayda mövzular olsa da, burada əsas ağların cürətli (aktiv) qurbanlar verməsi, hər şeydən imtina etməsidir.

Vətəninin, bayrağının, millətinin, xalqının təhqir edilməsinə, alçaldılmasına dözməyərək, hər şeyi göz önünə alan, bir anda özünü təhlükəyə atmaqdan çəkinməyən Ramil kimi oğullarımıza eşq olsun! 

 

Kənan Vəlixanov,
İdman ustası,
Şahmat kompozisiyası üzrə dəfələrlə FİDE dünya kubokunun qalibi,
FİDE olimpiya turnirlərinin qızıl və bürünc medalçısı,
Beynalxalq dərəcəli hakim.                                                                                                                   

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır