Modern.az

Nazirlikdən deputatın ittihamlarına CAVAB - Heç bir işçi ixtisar olunmayıb

Nazirlikdən deputatın ittihamlarına CAVAB - Heç bir işçi ixtisar olunmayıb

Aktual

2 İyun 2020, 13:05

Son günlər bəzi kütləvi informasiya vasitələrində Ağcabədi rayonunun kitabxana sistemində çalışan işçilərin ixtisar ediləcəyi barədə məlumatlar yayılıb.

 

Modern.az xəbər verir ki, Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəsmi məlumatına əsasən bildirir ki, yayılan xəbərlər həqiqəti əks etdirmir və Ağcabədi rayonunda fəaliyyət göstərən kitabxanalarda əməkdaşların ixtisar edilməsi nəzərdə tutulmayıb.

 

Qeyd edək ki, iyunun 1-də növbədənkənar sesiyanın plenar iclasında deputat Aqil Abbas qeyd edib ki, əvvəlcə kənd kitabxanaları ləğv edilib: “Mən bilmirəm, Azərbaycanda kitaba niyə bu qədər nifrət edirlər? İndi də əmr gəlir ki, 35 nəfər ixtisar olunmalıdır. Yəqin başqa rayonlara da bu siyahı gedir. Niyə qardaşım? Doğrudan, büdcəmiz 35 nəfərin aldığı maaşa məcbur qalıb?!

 

Maliyyə Nazirliyindən xahiş edirəm ki, kitablarla işi olmasın. Niyə düşmüsünüz kitabların üstünə? Bir dənə rayon adı çəkilsin ki, orada kitab mağazaları var. İndiki zamanda işçiləri işdən çıxarmaq olmaz. Mən bu məsələnin nəzərə alınmasını xahiş edirəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı