Modern.az

Bakıda ad günü mərasimində karantin qaydaları pozuldu - VİDEO  

Bakıda ad günü mərasimində karantin qaydaları pozuldu - VİDEO  

5 İyun 2020, 00:54

Bakıda təşkil olunan doğum günündə ölkəmizdə tətbiq olunan karantin qaydaları pozulub.

 

Modern.az xəbər verir ki, rəqqasə Renka (Rəna Ağamuradova) "İnstaqram" hesabında bununla bağlı video paylaşıb.

Kadrlardan da göründüyü kimi, doğum günündə 10-dan çox insan iştirak edib. Bu isə bilavasitə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə ziddir.

Qeyd edək ki, bütün bunlar kosmetoloq Aytac Əsədovanın doğum günündə baş verib.

Qeyd edək ki, xüsusi karantin rejiminin tələbinə görə ölkə üzrə bütün kütləvi tədbirlərin keçirilməsi (toy, yas, doğum günü və s.) qadağandır, eləcə də 10-dan çox insan bir yerə toplaşmamalıdır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi