Modern.az

Gəncədə abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

Gəncədə abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

5 İyun 2020, 12:37

Gəncədə abadlıq, təmir-bərpa və tikinti işləri sürətlə davam etdirilir. Şəhərin bir sıra ərazilərində yollar asfaltlanır, işıqlandırma sistemi qurulur, yaşıllıq zolaqları bərpa edilir. 

 

Modern.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin bir sıra ərazilərini gəzərək, aparılan abadlıq, təmir-bərpa və tikinti işləri ilə yerində tanış olur. Bu dəfə şəhər rəhbəri Gəncənin Əziz Əliyev küçəsində olub, aparılan yenidən qurma işlərindən sonra buradakı vəziyyətlə maraqlanıb.

 

Gəncənin Göygöl istiqamətində giriş yolu sayılan Əziz Əliyev küçəsində əsaslı yenidənqurma işləri həyata keçirilir. Aparılan yenidənqurma işləri çərçivəsində avtomobil yolu genişləndirilib. İki zolaqlı avtomobil yolunun asfalt örtüyü yenilənir, mövcud piyada səkiləri bərpa olunur, işlərin aparıldığı ərazi boyu yeni səki daşları düzülür. Bunlarla yanaşı küçədə müasir işıqlandırma sistemi qurulur, yol boyu yeni işıq dirəkləri quraşdırılır. 

 

Görülən işlərlə yerində tanış olan şəhər rəhbəri, bəzi məsələlərlə bağlı adiyyatı şəxslərə öz tapşırıq və tövsiyyələrini verib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub