Modern.az

Daha bir bölgə Haftardan alındı - Liviya ordusu hücuma keçdi

Daha bir bölgə Haftardan alındı - Liviya ordusu hücuma keçdi

Dünya

6 İyun 2020, 19:22

Liviyada hökumət qüvvələri Sirt şəhərinin qərbindəki Vişke bölgəsini Haftar muzdlularından geri alıb.

Modern.az xəbər verir ki, bunu Liviya ordusunun generalı İbrahim Əhməd Beytülmal deyib.

“Liviya ordusu Vişke bölgəsinə nəzarəti ələ aldıqdan sonra paytaxt Tripolinin 450 kilometr şərqində yerləşən Sirt şəhərinə doğru irəliləyib. Artıq ordu Sirtə 95 kilometr məsafədə yerləşən Buveyrat əl-Hasvan bölgəsinə çatıb”, - general bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə