Arxiv
13 İyun 2020, 17:25 | TƏHSİL
10 və 11 iyunda keçirilən imtahanların nəticələri AÇIQLANDI

10 və 11 iyun tarixlərində keçirilən 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanlarının nəticələri elan olunub.

 

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

İştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:

– 9-cu sinif üzrə buraxılış imtahanları;

– Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

– Azərbaycan dilindən fərqli dildə təhsilalanlar üçün ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanları.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

9-cu sinif üzrə buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 17089 nəfərdən 422 nəfər, kolleclərə qəbul imtahanlarında iştirakı nəzərdə tutulan 1669 nəfərdən 268 nəfər, Azərbaycan dili imtahanında iştirakı nəzərdə tutulan 2776 nəfərdən 76 nəfər imtahana gəlməyib. 1 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

 

Xatırladaq ki, buraxılış imtahanlarında (o cümlədən Azərbaycan dili) iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.

 

Qeyd edək ki, 10 və 11 iyun tarixlərində keçirilən 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qəbul imtahanlarının ikinci mərhələsinin vaxtını ELAN EDİLDİ 7 Avqust 2020, 13:22 Sumqayıtda SOCAR-ın zavodu yanır: 7 nəfər yaralanıb - YENİLƏNİB 7 Avqust 2020, 13:20 Nazir: “13 min nəfərin 190 manatlıq ödənişi dayandırılıb” 7 Avqust 2020, 12:50 Türkiyədə 53 min insanın yaşadığı ərazi karantinə alınıb 7 Avqust 2020, 12:31 Koronavirusa yoluxan məhbusların hamısı sağalıb - RƏSMİ 7 Avqust 2020, 12:26 Prezident dövlət şirkətlərini niyə tənqid etdi? - Ekspertlər: “Problem ciddidir” 7 Avqust 2020, 12:18 Azərbaycanda qızıl rekord həddə bahalaşıb 7 Avqust 2020, 12:16 Milli Məclisin növbədənkənar sessiyası başa çatdı 7 Avqust 2020, 12:05 Nazirlik rəsmisindən Xəzərlə bağlı ÇAĞIRIŞ 7 Avqust 2020, 12:05 DYP: 334 nəfər cərimələndi, 870 avtomobil postlardan geri qaytarıldı 7 Avqust 2020, 12:02 Bu il pensiya təyin olunan vətəndaşların sayı AÇIQLANDI 7 Avqust 2020, 11:57 Siyavuş Novruzov: “Keçmişi yaddan çıxartamalıyıq - vaxt vardı, Azərbaycanda yol, qaz, işıq yox idi” 7 Avqust 2020, 11:55 “Məhbuslar koronavirusla bağlı kurslara cəlb olunub” – Nazirlik 7 Avqust 2020, 11:53 “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik qəbul edildi 7 Avqust 2020, 11:51 Milli Məclisdə Rövnəq Abdullayevlə Cahangir Əsgərov TƏNQİD EDİLDİ: “Heç telefonu qaldırmır... nəticəsi ağır olacaq” 7 Avqust 2020, 11:48 Azərbaycanda “COVİD-19” testləri niyə bahadır? - Deputat DANIŞDI 7 Avqust 2020, 11:31 4 aylıq 190 manat ödəmələr üçün 333 milyon manat xərclənəcək 7 Avqust 2020, 11:28 “Qara qitə”də koronavirusa yoluxanların sayı 1 milyonu keçdi 7 Avqust 2020, 11:27 Milli Məclis işsizliklə bağlı qanuna dəyişikliyə “hə” dedi 7 Avqust 2020, 11:26 “Məşğulluq haqqında” qanuna dəyişiklik qəbul edildi 7 Avqust 2020, 11:23 Nazir: 190 manat birdəfəlik ödəmələr yaxın günlərdə veriləcək 7 Avqust 2020, 11:21 Milli Məclis büdcə dəyişikliyini III oxunuşda qəbul etdi 7 Avqust 2020, 11:15 Milli Məclisin iclası başlayıb - 6 sənəd III oxunuşa çıxarılıb 7 Avqust 2020, 11:08 Ermənistanda virusa yoluxanların və ölənlərin sayı artdı 7 Avqust 2020, 11:06 Şəmkirçay su anbarında köməksiz qalan 2 nəfər xilas edildi 7 Avqust 2020, 10:56 Şəmkirdə 21 yaşlı gənc iş yoldaşını bıçaqladı 7 Avqust 2020, 10:44 Diaspor hərəkatının dönüş nöqtəsi: “Diaspor himni” - VİDEO 7 Avqust 2020, 10:10 Bakıda 502 güzəştli mənzil satışa çıxarıldı 7 Avqust 2020, 10:05 Ermənistan ordusu Tovuz rayonunu yenidən atəşə tutdu 7 Avqust 2020, 09:59 Beyrutdakı partlayış nəticəsində ölü sayı 150-yə çatıb 7 Avqust 2020, 09:57 Novruz Aslanovdan növbəti onlayn qəbul 7 Avqust 2020, 09:49 Z.Bünyadov prospektindəki QƏZA sıxlığa səbəb oldu 7 Avqust 2020, 09:44 D vitamini əskikliyindən yaranan 8 xəstəlik - həmçinin pnevmoniya... 7 Avqust 2020, 09:37 Kanadada yaşayan azərbaycanlı şagird növbəti uğura imza atıb 7 Avqust 2020, 09:35 Deputat: “Prezidentin dünənki çağırışlarına mütləq cavab verilməlidir” 7 Avqust 2020, 09:29