Modern.az

Türkiyədə COVİD-19-a yoluxanların sayı 200 mini ötdü

Türkiyədə COVİD-19-a yoluxanların sayı 200 mini ötdü

1 İyul 2020, 21:53

Türkiyədə son sutka ərzində daha  19 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 150 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 52 313 nəfərdən 1 192-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  201 098  nəfərə çatıb. Müalicə olunan 2 311  xəstə isə bu gün evə buraxılıb. Bununla da indiyədək  175 422  nəfər koronavirusdan müalicə olunub".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi