Arxiv
3 İyul 2020, 11:19 | MƏDƏNİYYƏT
İqbal Ağazadə Etibar Babayevlə bağlı xatirəsini BÖLÜŞDÜ: “Qoçular kameranı alıb onu vurdular”

Ümid Partiyasının sədri, eks-deputat İqbal Ağazadə ötən gecə koronavirusdan vəfat etmiş AzTV-Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayevlə bağlı bir xatirəsini bölüşüb.

Modern.az saytı İqbal Ağzadənin həmin xatirəsini təqdim edir:


“...1993-cü ilin dəhşətli günlərindən biri idi. Ağdam işğal olunduqdan sonra hədəfdə Füzuli rayonu idi.
AzTV-nin sədr müavini Vasif Babayevdən xahiş etdim ki, çəkiliş qrupu versin, Füzulinin bu ağır günləri kadrları yaddaşına köçürülsün. Vasif müəllim bu gedişin qorxulu olduğunu desə də, israrıma "yox" deyə bilmədi.

Beləliklə də üç nəfər çəkiliş qrupu - Sevil Nuriyeva, Etibar Babayev, Nadir Şəfiyev, o cümlədən mən və sürücüm yola düşdük.

Füzulidə ağır döyüşlər gedirdi. Rayon hər tərəfdən bombalanırdı. Bir neçə gün rayonda çəkiliş apardıq, mövqeləri, hətta ən yaxın məsafədən erməni tanklarını çəkdik.

Rayon son günlərini yaşayırdı. Postlarımız rayon mərkəzindən təxminən 7 km Bakıya doğru qurulmuşdu. Bu o demək idi ki, Füzuli şəhəri artıq müdafiəsizdir.

İsrar etdim ki, rayon mərkəzini çəkək, mən inanmıram ki, orda erməni olsun. Briqada komandiri bizi postdan buraxmaq istəməsə də, mən inadkarlıq etdim. Düz rayon mərkəzinə, icra hakimiyyətinin qarşısına gəldik. Heç kim yox idi, hər tərəfdə ölü sükut hökm sürürdü.

Etibar Babayev maşından düşərək çəkməyə başladı. Nadir Şəfiyev isə çəkilişə şərh verirdi.

Elə bu zaman qiyam nəticəsində rayonda idarəçiliyi ələ keçirmiş başçı və mühafizəçiləri özlərini yetirdilər. Havaya, maşınımıza durmadan atəş açmağa başladılar.

İcra başçısının qoçuları avtomatın qundağı ilə Nadir bəyin başını yardılar. Nadir Şəfiyev qan içində, mən mühafizəçilərlə əlbəyaxa, Sevil Nuriyeva artıq maşından düşürülüb. Etibar Babayev sanki unudulmuşdu. Birdən onu da xatırlayan qoçular kameranı əlindən alıb Etibar bəyi vurdular. O çətin anda Etibar Babayevin dediyi bir söz sonra bizi hey güldürdü.

Qoçular onu vuranda Etibar Babayev şirin ləhcəsi ilə "alə, bu olmadı ki..." dedi.
Nadir bəyin sonrakı cavabı o çətin anda (artıq polis bölməsinə gətirilmişdik) bizim üzümüzü güldürdü:

- Alə, Nadirin başını yarırlar olur, Etibara bir şillə vurmaq olmaz?...

P.S. Etibar Babayev, sən 4 adamdan biri idin ki, mənim ata-baba yurduma son dəfə biz bir yerdə baxmışdıq, sən mənim düşmənə təslim edilən yurdumu dağılmamış, nizamı pozulmamış kameranın yaddaşına çəkmisən.

Bizi tərk etdin. Yerin cənnət olsun.

Füzulimi yaddaşlara köçürən son oğlan...

Allah rəhmət etsin”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda stilist intihar etdi - FOTO 4 Avqust 2020, 00:51 Bakıda 38 yaşlı kişi bıçaqlandı 4 Avqust 2020, 00:34 Bu ölkədə hər gün 50 min insan koronavirusa yoluxur 4 Avqust 2020, 00:23 Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru çətinləşir 4 Avqust 2020, 00:06 Salyandakı zəncirvari qəzada baş həkim ağır xəsarət aldı   3 Avqust 2020, 23:56 Qarabağ BMT idarəçiliyinə verilsin - Amerikalı diplomat 3 Avqust 2020, 23:45 Samur-Abşeron kanalından meyit tapıldı 3 Avqust 2020, 23:33 Uçan taksi sınaqdan keçirildi - VİDEO 3 Avqust 2020, 23:18 İrəvanın qəbul edilən gerbinin mənası... 3 Avqust 2020, 23:07 Jurnalist onu mühafizə edən polislə birgə GÜLLƏLƏNDİ 3 Avqust 2020, 22:47 Gəncədə yataqxanada qadın bıçaqlandı 3 Avqust 2020, 22:34 Şəkidə 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı - FOTOLAR 3 Avqust 2020, 22:26 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 3 Avqust 2020, 22:09 Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdi 3 Avqust 2020, 21:53 Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib 3 Avqust 2020, 21:41 Türkiyədə daha 19 nəfər koronavirusdan öldü 3 Avqust 2020, 21:29 Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20 Bir rayondan digərinə getmək üçün hansı sənədlər tələb olunur? 3 Avqust 2020, 18:15 “Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər” - AÇIQLAMA 3 Avqust 2020, 18:10 “ASAN  xidmət”in sədri: “Rayona gedən şəxs ezamiyyə sənədini göstərib postdan keçə biləcək” 3 Avqust 2020, 18:04 Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB 3 Avqust 2020, 18:01 190 manatın verilməsi, iqtisadi paketlə bağlı məsələ MÜZAKİRƏ EDİLİR 3 Avqust 2020, 17:53