Modern.az

Bazar günü ilin üçüncü Ay tutulması olacaq

Bazar günü ilin üçüncü Ay tutulması olacaq

3 İyul 2020, 14:25

Bu ilin üçüncü Ay tutulması hadisəsi iyulun 5-də baş verəcək.

 

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Modern.az-a verilən məlumata görə, yarımkölgəli Ay tutulması hadisəsi saat 03:07-də başlayacaq və saat 05:52-də sona çatacaq. Tutulmanın maksimumu saat 04:31-də müşahidə olunacaq.

 

Bu təbiət hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək. 

 

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq.

 

Qeyd edək ki, 2020-ci ildə ümumilikdə 6 tutulma hadisəsi (2-si Günəş, 4-ü isə Ay) müşahidə olunacaq. Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi