Arxiv
4 İyul 2020, 12:04 | DİASPOR
Azərbaycan diasporu: Haradan haraya...

Sabah Diasporla İş üzrə Dövlət Komitəsinin (Əvvəlki adı Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi) yaradılmasının 18 ili tamam olur.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli Modern.az saytına açıqlamasında Azərbaycan diasporunun keçdiyi yola nəzər salıb.

 

Azərbaycanın taleyində qaranlıq yeni bir tarixi səhifə...

 

“Burada biri-birilə bağlı olan daxili və xarici problemlərdən söhbət gedir. Daxildə ciddi qarşıdurma, xaricdən Azərbaycanın geosiyasi vəziyyəti, böyük dövlətlərin Azərbaycan marağı və bu maraqlar altında məkrli niyyətlər... Təbii ki, belə bir məqamda xarici və daxili düşmənləri birləşdirəndə Azərbaycanın taleyində qaranlıq yeni bir tarixi səhifə açıla bilərdi. Məlumdur ki, bu proseslər 1993-cü ildən özünəməxsus formada başladı. Bu da ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə bağlıdır”.

 

Vilson Azərbaycanı tanımır...

 

Fəzail İbrahimli Azərbaycanın müstəqilliyik əldə etdiyi dönəmlərdə dövlətə qarşı çevriliş cəhdlərinin hər kəsin gözü önündə baş verdiyini xatırladıb:

“O zaman daxili problemlərin həllinə rəvac verə biləcək xarici dəstəyə ehtiyac vardı. Bu da Azərbaycan diasporunun fəaliyyətini xaricdə yaşayan azərbaycanlılar vasitəsilə təmin etməkdən ibarət idi. Çünki Azərbaycanın ideoloji işinə yardım kifayət qədər ciddi məsələlərdən biri idi. Fikirlərimi əsaslandırmaq üçün bir haşiyə çıxım. Cümhuriyyət dövründə Azərbaycanın tanınması məsələsi ortaya qoyulmuşdu. Azərbaycan xaricdən dəstək almalı idi. O vaxtı Amerikanın prezidenti Vudro Vilsonda rəy yaradılması önəmli idi. Təsəvvür edin, Vilson Azərbaycanı tanımır, Ermənistan və Gürcüstan haqqında eşidib. Ancaq Azərbaycana gəlincə, qeyri-müəyyən taleyi olan dövlətin tarixinə necə imza ata bilərdi! Məhz o dövrdə diasproun fəaliyyəti çox vacib idi. Ona görə də Amerikada fəaliyyəti bərpa etmək üçün Azərbaycan məcbur olub amerikalı vəkil tutdu ki, Azərbaycanın haqq işini Amerikada yaysın. Bu o vaxtlar üçün çox vacib idi. Çünki erməni diasporu xeyli öndə idi”.

 

 

Cəfərdən adını soruşanda “Cek” deyirdi

 

Sədr müavininin sözlərinə görə, bütün xarici səfərlərində Ulu öndərin əlində qələm xəritə qarşısında dünyaya Qarabağın Azərbaycan torpaqları olduğunu bəyan edib:

“Amma dünyanın bizə inanması üçün də ideoloji müharibədə qələbə çalmamız gərəkli idi. Burada ən vacib amillərdən biri xaricdə yaşayan azərbaycanlıların vahid bir mərkəzdən idarə olunmasıdır. Bu ideoloji müharibədə bizə dəstək lazım idi. Bütün bunların hamısı ölçülüb biçildi və nəticədə bizim üçün çox çətin də olsa, Diasporla İş üzrə Dövlət Komitəmizi yaratdıq. Gəlin bəzi məqamlara nəzər salaq. Əvvəllər Rusiyaya gedən Əkbər adını dəyişib Alik qoyurdu. Amerikada təyyarədən düşən Cəfərdən adını soruşanda “Cek” olduğunu deyirdi. Bunların hamısı ciddi problemlər idi. Ona görə də Azərbaycan diasporu çətin addımları aşmalı idi. Bunun üçün illər keçməli idi”.

 

 

Dövlət Komitəsinə Fuad Muradovun təyin olunması diaspor tarixinin işində yeni mərhələ oldu

 

Fəzail İbrahimli diaspor sahəsində son illərdəki irəliləyişi yüksək qiymətləndirib:  

“Diaspor təşkilatlarına can vermək, olanlarımızı qorumaq vacib idi. Parçalanmış şəkildə, pərakəndə fəaliyyət göstərən diaspor təşkilatlarımız var idi, hətta eyni şəhərdə yaşayan azərbaycanlıların biri-biri ilə əlaqələri çox zəif idi. Belə bir məqamda atəşkəs rejimini əldə etsək də ideoloji müharibəmiz davam edirdi. Bu ideoloji müharibədə qalibiyyət faktiki olaraq bizi qələbəyə aparan yollar idi. Dünyaya sübut etməliydik ki, biz haqq sahibiyik. Buna görə də diasporun üzərinə böyük yük düşürdü. Ulu öndərimizin səyi nəticəsində diaspor komitəsi yaradıldı. Beynəlxalq konfrans keçirildi. Diaspor bir komitə kimi ayaq üstə durdu və əlaqələr gücləndirildi və dövlət tərəfindən maliyyələşdirildi. Dünyada olan azərbaycanlıların hərəkətə keçmələrinə imkan yaradıldı. Bu, birinci mərhələ oldu. İkinci mərhələ isə bugünkü mərhələdir.

Deyərdim ki, bu gün Diasporla İş üzrə Dövlət Komitəsinə Fuad Muradovun təyin olunması diaspor tarixində yeni mərhələ oldu. Kifayət qədər potensialı olan, avroplalılarla öz dilində danışmağı bacaran, səmimiyyəti ilə hər bir azərbaycanlının ürəyinə yol tapan biridir. Fuad Muradovu təpədən dırnağa qədər tanıyıram. Fuad Muradovla 10 il Milli Məclisdə həmkar olmuşuq. Dövlət tərəfindən qayğı, rəhbərliyin və işin düzgün təşkili istiqaməti və hadisələrin düzgün müstəvidə getməsi belə bir fikir söyləməyə əsas verir ki, bu gün diasporumuz ayaq üstədir. Amma 100 il yol keçmiş erməni diasporu ilə bizim diasporumuzu bu gün müqayisə etsək onlar qədər güclü olduğumuzu deyə bilmərik. Reallıq isə odur ki, Azərbaycan diasporu daha qətiyyətlidir. Maddi durumumuz və dövlətimiz güclüdür, qüdrətlidir. Həmçinin kifayət qədər iş adamları bu işə qoşulub, əlaqələr güclüdür. Bu mənada bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini müsbət qiymətləndirmək olar. Qüsur və nöqsanlar varsa onların aradan qaldırlması üçün siyasi və münbit şərait var. Güclü olan dövlətimiz hər bir məsələnin öhdəsindən layiqincə gəlməyi bacarır. Regionun ən qüdrətli dövləti və cəsarətli liderin rəhbərliyi altında daha gözəl olacaq”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İşəgötürənin vəzifələri və məsuliyyəti artırıldı 25 Noyabr 2020, 20:55 İcra başçısı özünə yeni müavin təyin etdi 25 Noyabr 2020, 20:46 Bu obyektlərdə gigiyena tələbləri pozuldu 25 Noyabr 2020, 20:38 “France-24” Kəlbəcər haqqında reportaj hazırladı - FOTOLAR 25 Noyabr 2020, 20:30 Maradona vəfat etdi 25 Noyabr 2020, 20:23 Teledərslərin sabaha olan CƏDVƏLİ 25 Noyabr 2020, 20:15 Bu şəxslərə xidməti pasport verilməyəcək 25 Noyabr 2020, 20:10 Konstitusiya Məhkəməsi Milli Məclisə müraciət etdi 25 Noyabr 2020, 20:03 Azərbaycanda Türkiyənin birinci Ticarət evi açılacaq 25 Noyabr 2020, 19:44 Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı dəyişib 25 Noyabr 2020, 19:37 Ermənistan prezidentinin eks-köməkçisindən Qarabağ AÇIQLAMASI 25 Noyabr 2020, 19:30 27 illik həsrətə son – Kəlbəcərli qonaqlarla müzakirə - VİDEO 25 Noyabr 2020, 19:18 Bakıda qəza: Yolda sıxlıq var 25 Noyabr 2020, 19:02 DYP-dən sürücülərə MÜRACİƏT 25 Noyabr 2020, 18:48 Xocalı və Xocavəndin bu kəndlərinin adı dəyişdirildi 25 Noyabr 2020, 18:40 Azərbaycanda daha 3469 nəfər virusa yoluxdu - 30 nəfər öldü 25 Noyabr 2020, 18:27 Siyasi partiyalar Fransa ilə bağlı bəyanat YAYDI 25 Noyabr 2020, 18:20 Kamran Əliyevin yerinə yeni TƏYİNAT oldu 25 Noyabr 2020, 18:11 Dünya çempionu Qarabağda şəhid oldu 25 Noyabr 2020, 18:06 Şıxarx qəsəbəsində qaz xətlərinin təmirinə başlanıldı 25 Noyabr 2020, 18:04 Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü 25 Noyabr 2020, 18:03 Naftalanda QTA-nin nümayəndələri növbəti dəfə birgə reyd keçiriblər 25 Noyabr 2020, 17:57 Azay Quliyev seçicilərlə videogörüş keçirib 25 Noyabr 2020, 17:52 Gəncədə mənzildə meyit tapıldı 25 Noyabr 2020, 17:46 “Qalatasaray”ın prezidenti azərbaycanlı şəhiddən danışdı 25 Noyabr 2020, 17:40 Şuşada 27 ildən sonra ilk taksimiz - VİDEO 25 Noyabr 2020, 17:34 Milli Qəhrəmanlar Kəlbəcərin alınmasını ŞƏRH ETDİLƏR 25 Noyabr 2020, 17:28 Hökumət ürəyindən qəlpə yarası alan hərbçiyə ev tikəcək 25 Noyabr 2020, 17:22 AZAL işğaldan azad edilmiş ərazilərdəki hava limanları ICAO reyestrinə daxil edəcək 25 Noyabr 2020, 17:16 Lal, kar, kor dünyanın gözləri qarşısında AZƏRBAYCAN adlı Zəfər 25 Noyabr 2020, 17:10 Lənkəranda 5 min ədəd limon meyvələri oğurlandı 25 Noyabr 2020, 17:05 Nəzakət Teymurovanın “Əsgərə məktub”u 25 Noyabr 2020, 17:00 Məhkəmə keçmiş icra başçısı ilə bağlı QƏRAR VERDİ 25 Noyabr 2020, 16:56 Naftalanda  itkin düşən şəxs axtarılır 25 Noyabr 2020, 16:52 Dilindən, dinindən asılı olmayaraq hər kəs “Qarabağ Azərbaycandır” dedi - Naqif Həmzəyev 25 Noyabr 2020, 16:47
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?