Modern.az

KATV-nin interneti niyə çökdü? - Şirkətdən AÇIQLAMA

KATV-nin interneti niyə çökdü? - Şirkətdən AÇIQLAMA

10 İyul 2020, 10:30

Son 2 gün ərzində KATV1 şirkətinin abunəçiləri internetin zəif olmasından, yaxud tamamilə kəsilməsindən şikayətçidirlər.

 

Məsələ ilə bağlı şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pərvin Sadıqov Modern.az-a açıqlama verib. O bildirib ki, COVID-19-la mübarizə çərçivəsində əksəriyyət evdə qaldığından bu da həddən artıq yüklənməyə səbəb olub:

“Koronavirusun internetə təsiri barədə uzunmüddətli proqnozlar vermək hələ tezdir, lakin video xidmətlərin aktiv istifadəsi artıq ilk şişkinliklərə səbəb oldu.

Karantin günlərində trafik quruluşu çox dəyişib və şirkət internetin həcmini 40% artıraraq trafik artımına hazırlaşdı. Lakin iyulun 9-da 53%-lik  rekord sayda yüklənmə qeydə alınıb ki, bu da bəzi istifadəçilərimizin internetə çıxışı üçün problemlər yaradıb.

Şirkət artıq avadanlıqların həddən artıq yüklənməsi zamanı gələcək problemlərin qarşısını almağa imkan verən tədbirlər görüb.

 

Qeyd edm ki, ölkənin xarici və daxili trafiki İnternetin sürətinə və keyfiyyətinə də təsir göstərir. Serverləri digər ölkələrdə olan xarici saytlar və tətbiqetmələr xarici trafik hesab olunur. Onlara daxil olduqda ölkə daxilində internet şəbəkələri məhdud ötürmə qabiliyyətinə malikdir.

Bir çox istifadəçimiz koronavirusun yayılması səbəbiylə evdən işləyir. Ofis işi internetin aktiv istifadəsini də əhatə edir, lakin karantin ona yanaşmanı xeyli dəyişdirib. Məsələn, əvvəllər iş otaqlarında keçirilən görüşlər indi onlayn konfranslara çevrilib. Həmçinin, uşaqların təlimləridə internet üzərində keçirilir. 

Xarici trafikin miqdarı artarsa, məlumat paketini ötürmək və almaq üçün daha çox vaxt və trafik lazımdır. Eyni problem, Zoom video konfransının istifadəçiləri arasında da müşahidə olunur, belə ki, şirkətin əsas serverləri Kaliforniyada yerləşir”.

 

Şirkət rəsmisi əlavə edib ki, işləri kompüterlə əlaqəli olmayan insanlar da evdə onlayn oyunları aktiv oynayırlar, onlayn film baxışı trafiki artıb:

“ Həmçinin, insanların diqqəti cari xəbərlərlə onlayn mənbələrə keçdiyini güman etmək olar. Azərbaycanda ümumi İnternet istehlakı 22% artdığə halda, ofis və mobil internet trafiki azaldı, çünki çoxları evdə internetdən (Wi-Fi) istifadə edir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir