Modern.az

Aya Sofyanı məscidə çevirən Ərdoğan DÜZMÜ ETDİ, SƏHVMİ...

Aya Sofyanı məscidə çevirən Ərdoğan DÜZMÜ ETDİ, SƏHVMİ...

11 İyul 2020, 13:01

Aya Sofyaya yenidən məscid statusu verilməsi haqqında. Uzaqdan başlayım…

1. Atatürk avtoritar lider idi, fəqət cibini və ailəsini güdən yox, Türkiyəni düşünən lider. Atatürkün siyasəti və qərarları öz vaxtına görə bütövlükdə düzgün idi və bu günkü Türkiyəni o yaradıb.


2. Aya Sofyanı müzey eləmək qərarı onundur, qərara sayğı göstərilməlidir.

  1. 3. Heç şübhəsiz ki, Aya Sofyanın muzey və ya məscid olması qərarı yalnız Türkiyəyə məxsusdur, suveren hüququdur və bu yöndə istənilən xarici təzyiq qəbuledilməzdir.

  2. 4. Aya Sofya əzəldən məscid olub, 500 il məscid olub deyənlər, onun 1000 ildən çox xristian kilsəsi olduğunu, bunlardan təxminən 500 il xristian aləminin ən böyük və möhtəşəm kilsəsi olduğunu unudurlar ya heç bilmirlər?

  3. 5. Ərdoğanın bu qərarı Türkiyənin dünya və xristian aləmində onsuz da çox yüksək olmayan imicinə xeyir gətirmir (bütün səbəbləri bilirəm, tək Türkiyəni suçlamıram, amma olanı bu. İstanbulun da vaxtilə Konstaninopol olduğunu və fəth olunduğunu ortodoks xalqlar yunanlar, serblər, ruslar, bolqarlar və başqaları unutmayıb, biz də bunu unutmayaq).

  4. 6. "Unutmayıblar, kin saxalayırlar, qələt eləyirlər!" sözlərini XVI - XVII yüzilliklərdə, Osmanlı dünyanın fövqəldövlətdi olanda demək olardı. Bugünün reallıqları başqadır, güc o güc deyil, güclülərlə hesablaşmaq lazım.

  5. 7. Dünyadan, Avropadan və özəlliklə Rusiyadan bir xeyli turist, inançlı ortodoks-pravoslav olanlar məhz başda Aya Sofya olmaqla xristian abidələrini ziyarət etmək üçün İstanbula gəlir. Gələn çoxdur, özüm müşahidə eləmişəm.

  6. 8. Bu səbəbə Aya Sofya muzey kimi babat gəlir gətirməlidir, zənnimcə. İtirməyə dəyməz. (Rəqəmləri bilmirəm, kimsə kömək eləsə minnətdar olaram).

  7. 9. Türkiyə fövqəldövlət deyil, yalnız öz bölgəsində fövqəldövlətdir, bununla yanaşı ABŞ, NATO-dan asılı dövlətdir.

  8. 10. Türkiyənin Avropa İttifaqına qəbul, Qüzey Kıbrısın tanınması, "Erməni genosidi" kimi iddilarına cavab verilməsi və susdurulması kimi xarici siyasət problemləri var. ABŞ "erməni genosidini" tanımağın bir addımlığındadır, ştatların 1-dən başqa hamısı tanıyıb.

  9. 11. "Onsuz da Türkiyəni sevmirlər, Avropa İttifaqına buraxmayacaqlar". "Niyə Yunanıstana C-300 almaq olar, amma Türkiyəyə C-400 almaq olmaz?", "Niyə İspaniyada baskları, Kataloniyanı qoyub, kürd problemini başımıza qaxınc edirlər?", "ABŞ da istilaçı dövlətdi, noolsun? Niyə ona olar, Türkiyəyə yox?", "Biz də acığa Aya Sofyanı məscid edərik!" kimi tutarqalar sadəlövh ədalətpərəst və çılğın yeniyetmə mövqeyindən gəlir, yetgin və tədbirli siyasətçi mövqeyindən yox. (Ədalət axtarmaq gözəl şeydir, mən özüm də eləyəm, amma sadəlövh yeniyetmə deyiləm).

  10. 12. Aya Sofyanı məscid eləmək əvəzinə, divarlarındakı suvağı sökdürüb, - yarısını da olar, - 600 il əvvəlki İsa Məsihin şəkillərini və əfsanəvi Bizans mozaikalarını açıb göstərmək, muzeyi 10qat daha maraqlı və cəzbedici eləmək olardı, məsələn. Bu çox güclü PR addımı olub dünyada-xristian aləmində böyük rəğbət doğurardı.

  11. 13. Əgər Atatürkün qərarına sayğı göstərilmirsə, dəyişdirilirsə, daha irəli gedib Aya-Sofyanı yenidən kilsə eləmək də olardı. Müsəlman dostlar, coşmayın). Bu Türkiyəyə və türklərə qətiyyən başıaşağılıq gətirməzdi. Əksinə, belə qərar xristian aləminin rəğbətini 10 dəfə, 100 dəfə artırardı.

  12. 14. İnançlı türklərin və azərbaycanlıların, türkpərəstlərin hisslərini anlayıram, hörmətlə yanaşıram. Türkiyəni sizdən az sevmirəm, bizim nəslin tarixi ona bağlıdır, 2006-da yazmışam bu barədə. Amma inanclılar da düşünməlidir ki, dini hislər və duyğular başqa, çətin vəziyyətdə siyasət başqa şeydir.

  13. 15. Praqmatik siyasətdən yox, populizmdən doğan yanlış qərardır.


    Çingiz Sultansoy
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi