Modern.az

AZAL 115 kubalı həkimi Bakıya gətirdi - FOTO

AZAL 115 kubalı həkimi Bakıya gətirdi - FOTO

Aktual

13 İyul 2020, 15:22

 İyulun 13-ü Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Havanadan (Kuba) Bakıya xüsusi reys yerinə yetirdi.

 

Bu barədə Modern.az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə təşkil olunan bu reyslə ölkəmizə koronavirus infeksiyasına qarşı mübarizə aparmaq üçün 115 mütəxəssisdən ibarət həkim qrupu gətirilib.

 

Kubadan gələn peşəkar həkimlər Azərbaycan həkimlərlə birgə pandemiya qarşı mübarizə tədbirlərində iştirak edəcək.

 

Qeyd edək ki, bu uçuş "Azərbaycan Hava Yolları" aviaşirkətinin tarixində Bakı-Havana-Bakı marşrtu üzrə başqa məntəqələrdə enmə icra edilmədən həyata keçirilən ilk birbaşa uçuşdur.

 

Uçuş genişfüzelyajlı "Boeing B787" tipli təyyarəsi vasitəsilə həyata keçirilmişdir.

 

Uçuşun müddəti 13 saat, Azərbaycan və Kuba paytaxtları arasındakı məsafə 11 880 km. təşkil edib

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!