Modern.az

Naxçıvanda koronavirusa yenə də yoluxma QEYDƏ ALINMADI

Naxçıvanda koronavirusa yenə də yoluxma QEYDƏ ALINMADI

13 İyul 2020, 17:00

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. Modern.az saytı koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər Bakıda yoluxma hallarının yenidən artdığını göstərir. Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 55,1 faiz təşkil edirdisə, hazırda bu, 55,3 faizdir.

Sonrakı yerlərdə 17 faizlə Abşeron, 7,7 faizlə Gəncə-Qazax, 7,4 faizlə Aran, 5,6 faizlə Lənkəran, 2,1 faizi Quba-Xaçmaz, 1,6 faizi Şəki-Zaqatala, 1,4 faizi Dağlıq Şirvan 1 faizi Yuxarı Qarabağ qərarlaşıb.

Rəsmi məlumata görə, Naxçıvan Muxtar Respublikasında yeni yoluxma qeydə alınmayıb.

Bildirilib ki, Azərbaycandakı koronaviruslu xəstələrin 1,1 faizi ölkə xaricində yoluxanlardır.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 529 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 7 nəfər vəfat edib. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir