Modern.az

Vaqif Dərgahlı:Xüsusi təyinatlılarımız Ermənistan ərazisində heç bir diversiya törətməyib

Vaqif Dərgahlı: “Xüsusi təyinatlılarımız Ermənistan ərazisində heç bir diversiya törətməyib”

16 İyul 2020, 15:41

Bölmələrimizə qarşı keçirəcəkləri yeni hücumlarına bəraət qazandırmaq üçün ermənilər qəsdən dezinformasiya yayırlar.

Modern.az xəbər verir ki, bunu Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin 100-dək hərbi qulluqçusu tərəfindən guya Ermənistan silahlı qüvvələrinin şimal-şərq istiqamətindəki mövqelərinin ələ keçirilməsi cəhdi barədə Ermənistan Müdafiə nazirliyinin nümayəndəsinin dedikləri yalandır.

V.Dərgahlı deyib ki, Azərbaycan xüsusi təyinatlıları Ermənistan ərazisində heç bir diversiya fəaliyyəti keçirməyib, Ermənistan tərəfinin bütün bu iddiaları növbəti dezinformasiyadır:

"Onların məqsədi bölmələrimizin mövqelərinə bu gün səhərdən başlayan hücumlarına bəraət qazandırmaqdır. Xüsusi təyinatlılarımız Ermənistan ərazisində heç bir diversiya törətməyib və təbii ki, bu baxımdan heç bir itkimiz yoxdur. Azərbaycan xüsusi təyinatlıları arasında itki ümumiyyətlə ola bilməz, çünki onlar Ermənistanla sərhəddə gedən hərbi əməliyyatlara cəlb olunmayıb".

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?