Modern.az

Kreml Lukaşenkoya qarşı düyməyə basdı” - ŞƏRH

“Kreml Lukaşenkoya qarşı düyməyə basdı” - ŞƏRH

30 İyul 2020, 12:48

“Kremlin son illərdə hansı dövlətin siyasətindən xoşu gəlmir ora muzdlu “Vaqner” qrupunun başkəsənlərini göndərir”.

Modern.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Moskva Suriya və Liviyadakı döyuşlərdə iştirak edən muzdluları indi də gizli şəkildə qardaş adlandırdığı Belarusa göndərib.

“Məsələ burasındadır ki, avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək və Aleksandr Lukaşenko yenə hakimiyyətini qoruyacaq.

Görünür, Kremldə artıq Lukaşenkonun tənqidlərindən bezdiklərinə görə onu devirməyə qərar veriblər. Bunun səbəbi sadədir. Vaxtilə Rusiya ilə sıx inteqrasiya tərəfdarı kimi çıxış edən Lukaşenko 2000-ci illərdən başlayaraq anlamağa başladı ki, Kremlə bərabərhüquqlu tərəfdaş yox, vassal lazımdır. Belarus prezidenti isə ölkəsini Rusiyanın əlavəsi kimi görmək istəmədi və bundan sonra yollar tədricən ayrıldı. Bundan başqa, Lukaşenko son bir neçə ildir Qərblə yaxınlaşmağa başlayıb. Vaşinqton yenidən Belarusa səfir göndərdi, sanksiyaların bir hissəsi ortadan qaldırıldı və dövlət katibi Mayk Pompeo Minskə - Lukaşenkonun ayağına getdi.

Belarusun Ukrayna kimi əldən çıxa biləcəyini müşahidə edən Kreml Lukaşenkoya qarşı düyməyə basdı. Ancaq Lukaşenko da hərif deyil, muzdluları həbs etdirdi. Muzdluların içərisində Donbasda separatçılar tərəfdə vuruşanlar da olub. Bundan sonra Lukaşenko daha sürətlə Rusiyanın təsirindən qopmağa çalışacaq, öz növbəsində Kremlin ona qarşı siyasi, iqtisadi və hərbi təzyiqləri artacaq. Lukaşenkonun Kremlin təzyiqlərinə tab gətirib-gətirməyəcəyi Avropanın və ABŞ-ın ona verəcəyi dəstəkdən asılı olacaq”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir