Modern.az

Avstriyada “Qarabağ məktəbi” açılacaq

Avstriyada “Qarabağ məktəbi” açılacaq

Diaspor

30 İyul 2020, 17:44

Sentyabr ayından Avstriyanın Zalsburq şəhərində Azərbaycan Mədəniyyət Evində “Qarabağ” məktəbi fəaliyyətə başlayacaq.

 

Modern.az xəbər verir ki, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov bu barədə məlumatı təsdiqləyib.

Diapor nümayəndəsi bildirib ki, artıq məktəbin nəzdində keçiriləcək kurslar üçün qeydiyyat başlayıb. Məktəbdə uşaqların Azərbaycan ədəbiyyatına, tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və coğrafiyasına aid mühüm mövzularla tanış olması, ana dilində sərbəst oxuyub-yazmaq vərdişlərinə yiyələnmələri üçün hərtərəfli şərait yaradılacaq. Həftənin şənbə və bazar günləri təşkil olunacaq kurslar çərçivəsində isə uşaqlara, Azərbaycan milli rəqsləri də öyrədiləcək.

 

Valideynləri övladlarını bu kurslara yazdırmağa dəvət edən F.Əzizov həftəsonu məktəbindəki bütün kursların ödənişsiz əsaslarla keçiriləcəyini də diqqətə çatdırıb. Kurslara qeydiyyat üçün cəmiyyətin rəsmi internet səhifəsindəki (www.oage.at) əlaqə vasitələrindən istifadə etmək lazımdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir