Modern.az

Koronavirusa qarşı peyvəndlənmə pulsuz olacaq

Koronavirusa qarşı peyvəndlənmə pulsuz olacaq

1 Avqust 2020, 20:15

Rusiyada koronavirus infeksiyasına qarşı peyvəndlənmə pulsuz olacaq. 

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Mixail Muraşko bildirib.

Nazir qeyd edib ki, koronavirusa qarşı peyvəndlənməni tamamilə büdcə vəsaiti hesabına etməyi planlaşdırırlar: "Müvafiq olaraq, peyvəndlənmə sxemi hamıya məlumdur. Rusiyada koronavirus infeksiyasına qarşı kütləvi peyvəndlənmənin oktyabr ayında başlanması planlaşdırılır. Səhiyyə Nazirliyinin Qamaleya adına Mikrobiologiya və Epidemiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış peyvəndin klinik sınaqları artıq başa çatıb. İndi peyvəndin qeydiyyatı üçün sənədlər paketi hazırlanır".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!