Modern.az

Bu ölkədə hər gün 50 min insan koronavirusa yoluxur

Bu ölkədə hər gün 50 min insan koronavirusa yoluxur

Dünya

4 Avqust 2020, 00:23

Hindistanda ötən sutka yeni növ koronavirusa (COVID-19) 52 min 972 yoluxma qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bununla da ölkə üzrə ümumi yoluxma sayı 1,8 milyonu ötüb.

Hindistanın Federal Səhiyyə Nazirliyinin məlumatına görə, son 5 gündə ölkədə gündəlik yoluxma sayı 50 mindən çox olub. Ötən gün Hindistan gündəlik yoluxma hallarının sayına görə ABŞ-ı da qabaqlayıb.

Nazirlik COVID-19 virusuna yoluxmuş 771 nəfərin ötən gün öldüyünü, bununla da ölkədə koronavirus qurbanlarının sayının 38 min 135-ə çatdığını açıqlayıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyadan sonra 3-cü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır